Azərbaycanda maral vuruldu


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

Azərbaycanda maral vuruldu

Azərbaycanda maral vuruldu
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dolaya yaxınlaşan əməkdaşlar bir baş dişi maralın vurulduğunu müşahidə ediblər.

Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.

Adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi məqsədilə təhqiqat aparılır.

Dostlarınızla Paylaş

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025