Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO
ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholars Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümüş medal qazanıb.
Tatli.Biz report-a istinadən xəbər verir ki, 40-dan çox ölkədən istedadlı şagirdlərin qatıldığı yarışın illik çempionlar turnesinin mükafatlandırma mərasimi universitetin "Woolsey Hall" auditoriyasında baş tutub.
Gərgin bilik yarışında həmyerlilərimiz Məryəm Məmmadova və Rəsul Qədimxanlı həm qızıl, həm də gümüş medal, Abbas Mazanlı, Maqsud Məmmədov, İslam Əfəndiyev və Kamal Zülfüqarlı isə gümüş medal qazanblar.
Azərbaycan bayrağını səhnəyə həmyerlimiz A.Mazanlı gətirib. Şagirdlərin uğurları hər kəs tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycan nümayəndə heyəti üç məktəbdən ibarət (Avropa Azərbaycan Məktəbi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) və Oksbric Akademiyası) komanda ilə təmsil olunurlar.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024