"Azərkosmos" məktəblilər və tələbələr üçün vebinarlara start verdi - FOTO

"Azərkosmos" məktəblilər və tələbələr üçün vebinarlara start verdi - FOTO


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

"Azərkosmos" məktəblilər və tələbələr üçün vebinarlara start verdi - FOTO

"Azərkosmos" məktəblilər və tələbələr üçün vebinarlara start verdi - FOTO
"Azərkosmos" koronavirus pandemiyasının davam etdiyi müddətdə "Evdə qal, elmdən və təhsildən qalma!" adlı təşəbbüsü ilə kosmosu və digər aktual mövzuları əhatə edən vebinarlara start verib.
Tatli.Biz Trend-ə istinadən bildirir ki, vebinarlar pandemiya ilə əlaqədar məktəbli və tələbələrin evdə qaldıqları müddət ərzində vaxtlarını səmərəli və faydalı keçirmələri üçün "Azərkosmos"un heyəti tərəfindən təqdim olunur.
Bu gündən etibarən başlayan "Peyklərin növləri və xüsusiyyətləri, Peyk altsistemləri" mövzusundakı ilk vebinar interaktiv formada keçib.
Növbəti günlərdə "Azərkosmos" tərəfindən təqdim olunacaq vebinarlar aşağıdakı mövzuları və auditoriyanı əhatə edəcək:
"Kosmosda insan" (Məktəblilər üçün), 23 aprel, saat 15:00-16:30
"Davranış iqtisadiyyatı: davranışı başa düşmək və formalaşdırmaq" (Tələbələr üçün), 27 aprel saat 14:30-16:00
"Orbitlər və peyklər" (Məktəbli və tələbələr üçün), 29 aprel, saat 11:00-12:30
"Kosmik fatehlər" (Məktəblilər üçün) 1 may, saat 15:00-16:00.
Qeyd edək ki, siyahıda qeyd edilmiş vebinarlar barədə "Azərkosmos"un Facebook və Linkedin səhifələrində əvvəlcədən elan olunacaq. Bütün vebinarlar Azərbaycan dilində Zoom platforması üzərindən keçiriləcək.

Dostlarınla Paylaş

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024