Britaniya kvant hesablamalarında liderliyi hədəfləyir

Britaniya kvant hesablamalarında liderliyi hədəfləyir


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

Britaniya kvant hesablamalarında liderliyi hədəfləyir

Britaniya kvant hesablamalarında liderliyi hədəfləyir
Böyük Britaniya ümumi təyinatlı kvant kompüteri hazırlamaq və 2040-cı ilə qədər kvant hesablamalarında lider olmaq niyyətindədir.
Tatli.Biz Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Boris Conson deyib.
B.Conson bildirib: "Mən Birləşmiş Krallıq qarşısına iddialı bir məqsəd qoyuram - ümumi təyinatlı kvant kompüteri hazırlamaq və 2040-cı ilə qədər kvant hesablamalarında ən böyük bazar payını təmin etmək".
Baş nazir əlavə edib ki, Böyük Britaniya "yenidən elmi fövqəldövlət olmaq" və hökumətin planlarına görə, ölkədə 100 mindən çox iş yeri yaradacaq yaşıl texnologiyalar sahəsini fəal şəkildə inkişaf etdirmək niyyətindədir.
Onun sözlərinə görə, Krallıq son nəticədə milli təhlükəsizliyə xələl gətirə biləcək xarici texnoloji həllərdən asılı olmamalıdır.

Dostlarınla Paylaş

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024