Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür

Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür

Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür
 1979-cu ildə Çin qanun qəbul etdi ki, bir ailə ancaq bir uşaq dünyaya gətirə bilər. 2015-ci ildə bu demoqrafik tədbir ləğv edildi, amma bunun insanlar üçün mənfi nəticələri oldu. "Bir ailə, bir uşaq" qanunu çinlilərin valideynlik öhdəliyində dərin iz qoyub. Əlbəttə ki, bundan ilk növbədə valideynlər və uşaqlar təsirləndi.
Tatli.Biz oxucularını Çinlilərin bizə olduqca qəddar, ən azı qəribə görünə bilən tərbiyə üsulları ilə tanış edir. 
Uşağı elə tərbiyə etmək lazımdır ki, dahi olsun 
Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür
Çinli analar hesab edirlər ki, uşaq istənilən halda dahi olmalıdır. Odur ki, təlim-tərbiyəyə beşikdən başlayırlar. Uşaqlar günün çox hissəsini oxumaqla keçirirlər: Riyaziyyat, Çin dili, musiqi təhsili və.s Əgər uşaq məktəbdə pis qiymət alırsa, çinli ana bunun öz boynuna yazacaq, deməli, o, valideyn öhdəliklərini yerinə yetirə bilmir. 
Valideynlər uşaqları oxumağa həvəsləndirmək üçün açıq şəkildə manipulyasiya edirlər: onları "qonşunun, ya rəfiqələrinin uşağı" ilə müqayisə edirlər, aylarla ev dustağı edə, hədiyyələrdən məhrum edə, bu da azmış kimi, günlər və həftələrlə uşaqlarıyla danışmaya bilərlər. 
Məktəb heç də valideynlərdən geri qalmır. Burada uşaqlar arasında yarışlar təşkil etməyi sevirlər. Məsələn, iki uşağa eyni tapşırığı verirlər ki, görək kim daha yaxşı və tez həll edəcək. Fərq minimal olsa belə, uduzan bütün sinfin qarşısında alçaldılacaq. Yeri gəlmişkən, Çin məktəblərində fiziki cəzaya qanunla olaraq icazə verilir.
Təhqir normadır!
Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür
Çində uşaqlar böyüklərə böyük hörmət bəsləyirlər - bu, müqəddəs qaydadır. Amma belə görünür ki, böyüklər uşaqların hisslərini qətiyyən nəzərə almırlar. Uşağa zibili atmadığına görə "zibil" və ya testdə mənfi nəticə göstərdiyinə görə "axmaq" demək tərbiyədən kənar deyil. Çinli valideynlər uşaqların çatışmazlıqlarını qeyd etməkdə qəbahət görmürlər. Məsələn, artıq çəkilidirsə, bunu onun üzünə kobud şəkildə deyə bilərlər.
Fransızlar isə buna imkan vermirlər. Onlar başqalarına qarşı hörmətsizliyə dözmür və uşaq dünyaya gələn andan ona şəxsiyyət kimi yanaşırlar. Uşaqlar nəzakətli və itaətkardırlar. Fransız tərbiyəsinin 6 əsas prinsipi ilə sizi növbəti yazımızda tanış edəcəyik, odur ki, qayıdaq çinlilərə. 
Qızlara heç nə olmaz! 
Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür
Bir gecə rəfiqəsigildə qalmaq? Oğlanla görüşmək? Bunlar zərərsiz görünsə də, Çində qızlara qadağan edilib. Valideyn mühafizəkarlığına dair belə nümunələrdən çox saymaq olar. Ancaq oğlanlar demək olar ki, hər şeyi edə bilərlər. Bu, tək uşaq qanununun və kişilərin qadınlardan üstün olduğu Konfutsi ənənələrinin davamının nəticəsidir. Yeri gəlmişkən, Çində çox uşaq dünyaya gətirmək qadağan ediləndə hamı oğlan uşağı dünyaya gətirməyə can atırdı. Yeganə oğlan uşağı ailə üçün böyük dəyərə çevrildi, sözün əsl mənasında üstünə toz qonmağa qoymurdular. Nəticədə Çin "subaylar ölkəsi"nə çevrilib: kişilərin sayı qadınlardan 30 milyon çoxdur.
Hətta çinli qızların əcnəbilərlə görüşməsini qadağan edən təşkilatlar var. Onları sosial şəbəkələrdə alçaldır və hədələyirlər, hətta qeyri-çinli bəyi döyə bilərlər.
Valideynlik baha başa gələn məsuliyyətli yükdür
Çində uşaq sahibi olmaq baha başa gəlir. Hər şey hamiləlik və doğuşla başlayır. Özəl və dövlət klinikaları olsa da, ikincidə çinli qadınlar tibbi xidmətin aşağı səviyyəsindən şikayətlənirlər. Doğuş həm də inanılmaz bir büdcə deməkdir. Kiçik bir şəhərdə doğuş və qulluq təxminən 5000-6000 dollara başa gəlir, meqapolislərdə bu məbləğ 2-3 dəfə artır. Çinli qadınlar dekretdə çıxmır və 3 aydan sonra işə gedirlər. Nənə-baba yoxdursa, uşaq bağçaya göndərilir. Uşaq bağçasının aylığı isə 150 dollardır. 
Məktəb pulsuz ola bilər, ancaq təhsilin yalnız ilk iki mərhələsi. Əgər uşaq ali məktəbə daxil olmaq istəyirsə, orta məktəbi bitirməlidir. Bir il təhsil təxminən 1500 dollara başa gəlir. 
Bütün bunlara baxmayaraq, çinlilər uşaqlarını çox sevir və onları xoşbəxt etmək üçün hər şeyi verməyə hazırdırlar. 

Dostlarınla Paylaş

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024