Dünyanın ən böyük bakteriyası aşkar edildi

Dünyanın ən böyük bakteriyası aşkar edildi


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

Dünyanın ən böyük bakteriyası aşkar edildi

Dünyanın ən böyük bakteriyası aşkar edildi
Alimlər Qəraib dənizindəki manqrov bataqlığında dünyanın ən böyük bakteriyasını aşkar ediblər. Bakteriyaları görmək üçün həmişə mikroskopdan istifadə edilib, lakin bu kəşflə aydın olub ki, sən demə onları gözlə də görmək olar.
Tatli.Biz bunu xarici KİV-lərə istinadən xəbər verir.
Dəniz bioloqu Jan-Mari Volland təxminən insan kirpikləri ölçüsündə olan bakteriyanın bu günə qədər elmə məlum olan ən böyük bakteriya olduğunu bildirib. 
Kəşflə bağlı məqalə cümə axşamı "Science" jurnalında dərc olunub. Dəniz bioloqu və kəşfi edən Olivier Gros 2009-cu ildə bu böyük bakteriya ilə bataqlıqda rastlaşıb. 
Olivier Gros və həmkarları əvvəlcə "möhtəşəm kükürd mirvarisi" adını verdikləri 0,9 santimetr uzunluğundakı sapvari quruluşu böyük olduğu üçün bakteriya olduğunu anlamayıblar. 
Gros və həmkarları çürüyən manqrov yarpaqları üzərindəki bu uzun saplı quruluşun lazımi genetik analizlərini tamamlandıqdan çox sonra əslində onun bakteriya olduğunu başa düşüblər. Ətraflı genetik analiz nəticəsində orqanizmin tək bakteriya hüceyrəsi olduğu üzə çıxıb.

Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024