Fahriye Evcenin makiyajı ilə bağlı hiylələr


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

Fahriye Evcenin makiyajı ilə bağlı hiylələr

Fahriye Evcenin makiyajı ilə bağlı hiylələr
Türkiyəli aktrisa Fahriye Evcen təkcə öz ölkəsində deyil, ərəb dünyasında da gözəlliyinə görə böyük diqqət görür.

Tatli.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fahriye Evcenin makiyajında diqqət etdiyi məqamlar bunlardır:

Diqqətçəkici baxışlar

Fahriye hər kəsə məlum olan pişik gözü makyajından istifadə edir. Bununla da gözlərinin daha mənalı və iri görüntüyə sahib olmasına kömək edir.

Təmiz dəri

Təmiz dəri makyaj üçün vacib nüansdır. Fahriyə də buna əhəmiyyət verir. Ləkəsiz dəriyə sahib deyilsinizsə, örtücü kremlərdən istifadə edə bilərsiniz.

Dolğun dodaqlar

Aktrisa dodaq rəngində təbii rənglərdən istifadə edərək, dodaq qələmi ilə dodaq xətlərindən kənara çıxır və iri bir görüntüyə sahib olur.

Həcmli kirpiklər

Gözlərinin gözəlliyini kirpikləri vasitəsiylə daha da ön plana çıxarır.

Tünd makyaj

Aktrisa üz cizgilərini vurğulamağı daha çox sevir. O ənliklə daha tünd makyaj edərək alın və çənə hissəsini daha çox vurğulayır.

Qaşlar

Cəlbedici baxışa sahib olmaq üçün qaşlarının formasına xüsusi diqqət yetirir. Ancaq bunu edərkən təbiiliyindən də uzaqlaşmıır.

Dostlarınızla Paylaş

Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025