İlon Mask: "Süni intellektin bizi hara aparacağından narahat olmamalıyıq"

İlon Mask: "Süni intellektin bizi hara aparacağından narahat olmamalıyıq"


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

İlon Mask: "Süni intellektin bizi hara aparacağından narahat olmamalıyıq"

İlon Mask: "Süni intellektin bizi hara aparacağından narahat olmamalıyıq"
ABŞ-ın texnologiya nəhəngi "Tesla" şirkətinin baş direktoru İlon Mask süni intellektin tərəqqisindən olduca narahat olduğunu dilə gətirib.
Tatli.Biz musavat.com-a istinadən bildirir ki, o bununla bağlı "Bİ" saytında məlumat yayılıb.
Amerikalı milyarderin sözlərinə görə, kompüterin insanların koqnitiv qabiliyyətini (koqnitivlik - başa düşmək, dərk etmək, öyrənmək - red.) ötüb keçməyəcəyini düşünməyənlər təsəvvür olunandan da səfeh adamlardır.
"Hər kəs süni intellektin (Sİ) irəliləmə səviyyəsindən narahat olmamalıdır. Lakin görürəm ki, bununla bağlı hətta çox ağıllı hesab olunan şəxslərdə yanılma mövcuddur. Onlar kompüterlərin insanlardan daha dərrakəli olması fikir ilə barışa bilmirlər. Həmin insanlaırn məntiqi çatışmazlığıını səbəbi də budur. Yəni onlar düşündüklərindən də axmaqdırlar", - o qeyd edib.
İlon Mask daha öncələr də Sİ-in insanlıq üçün nüvə raketlərindən də təhlükəli olduğunu, buna görə də texnologiyaların inkişafının monitorinqi üçün normativ aktların qəbul edilməsini vacibliyini dəfələrlə vurğulayıb.
Lakin dünyanın ən böyük sosial şəbəkə platformalarını əlində cəmləşdirən Facebook şirkətinin sahibi Mark Sukerberq onunla razılaşmadığını açıqlayıb. M.Sukerberqin sözlərinə görə, Sİ tibbi xidmətin yaxşılaşdırılması, avtomobil qəzalarının azalmasında önəmli rol oynayıb. O, süni intellektə yönəlik həddindən ziyadə bədbin proqnoz və düşüncələri "tam məsuliyyətsizlik" adlandırıb.

Dostlarınla Paylaş

Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024