Kafedra müdiri koronavirusdan vəfat etdi

Kafedra müdiri koronavirusdan vəfat etdi


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

Kafedra müdiri koronavirusdan vəfat etdi

Kafedra müdiri koronavirusdan vəfat etdi
Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının müdiri, professor Hüseyn Orucov koronavirusdan vəfat edib.
Tatli.Biz Trend-ə istinadən bildirir ki, Hüseyn Orucov 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.
1990-cı ildən AzTU-nun Fizika kafedrasında baş müəllim, 1995-ci ildən dosent, 2009-cu ildən professor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
2010-cu ildə AzTU-nun Elektronika kafedrasına müdir təyin edilib.
2011-ci ildə yenidən bu vəzifəyə müsabiqə yolu ilə seçilərək ömrünün sonuna kimi işini davam etdirib.
120-dən artıq elmi əsərin, ali məktəb tələbələri üçün 2 dərslik, 4 dərs və metodiki vəsait, abituriyentlər üçün 1 test kitabının müəllifidir.
Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Hüseyn Orucov gənc alimlərin hazırlanmasında fəal iştirak edib.

Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024