"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?

"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

"Love is" saqqızını sevdik, bəs onun kədərli hekayəsini bilirsizmi?


Bir çoxumuz uşaqlıq dövründə və hətta indi də "Love is" saqqızından çıxan şəkilləri heç olmasa bir dəfə görmüşük. Bu şəkillərdə "Sevgi..." yazılır və ardınca bu anlamın nə olduğunu izah edə biləcək kiçik hekayələr canlanır. Bunu dünyada, demək olar ki, işaqdan böyüyə hamı bilir. Ancaq çoxu karikatura qəhrəmanlarının real insanlar olduğundan xəbərsizdir
Qız - Yeni Zelandiyalı rəssam Kim Qrov, qara saçlı oğlan isə onun həyat yoldaşı, italiyalı Roberto Kasalidir.

Bu cütlüyün gözəl və kədərli hekayəsi 1970 illərdə bir çoxlarının qəlbini titrədə bilmişdi. 
Kim adlı qız 19 yaşında dünya turuna çıxır. Los-Anjeles şəhərində olarkən təsadüfən italiyalı gənc oğlanla qonşu olur. Qız ona aşiq olur. Amma öz hisslərini əsmər italyana deməyə utanır. Əvəzində Kim özünə xobbi tapır – özünü və italyan sevgilisinin şəkillərini çəkir və hər dəfə onlara kiçik şərhlər yazır, məsələn: "Sevgi... o, bilmədən də sevməyi bacarmaqdır".

Günlərin bir günü Roberto Kasali bu şəkilləri görür, qızın təfəkküründən ilhamlanaraq Kimlə ünsiyyət qurur və ona dəlicəsinə aşiq olur. Kim isə hər gün şəkilləri çəkməyə və yeni şərhlər yazmağa davam edir.   
Onların həyatı sanki nagılı xatırladır. İllər keçir, cütlüyün övladları dünyaya gəlir. Sevgi hekayələrinə isə yeni personajlar... 
Artıq cütlük o zaman üçün populyar ola bilir. Kimin çəkdiyi şəkillər ən nüfüzlü qazetlərdə çap olunur, bu hekayə barədə verlişlər efirə gedirdi. 
Amma 1975-da Kim və Robertonun ailə xoşbəxtliyi sarsılır: Kimin sevgilisində son mərhələdə xərçəng tapılır. Bu, cütlük üçün böyük bir zərbə olur. Rəssam "Love is..." seriyası üzərində işini təxirə salır və özünü tamamilə ərinə qayğı göstərməyə həsr edir. O, sevgilisinin yanında xəstəxanada günlər və gecələr keçirdi... Təəssüf ki, əməliyyat müsbət nəticə vermədi və 1976-cı ildə Roberto dünyasını dəyişdi, "Love is..." şəkillərində isə yalnız qız və məzar daşı qaldı... 

İllər sonra Kim də dünyasını dəyişir. Onun "Love is..." komiks işini oğlu Stefano və rəssam Bill Espri davam etdirir. 
Maraqlı faktlardan biri də odur ki, Sovet İttifaqında bu komikslər "Love is..." saqqızları ilə 90-cı illərdə məşhurluq tapır. Stefano va Bill uzun müddət Türkiyənin "Dandy" şirkətinin "Love is..." saqqızının onların komiksləri üzərində istehsal etdiklərini bilmir. Onlar bu barədə sadə bir təsadüf nəticəsində xəbər tutur. 2008-ci ildə Rusiya qəzetlərindən birinin müxbiri müsahibə almaq üçün rəssama zəng edir və Bill, saqqızdan olan şəkillər sayəsində Rusiyada məşhurlaşdığını təəccüblə öyrənir... 

Uzun sürən məhkəmələrdən və danışıqlardan sonra Türkiyənin "Dandy Sakız" fabrikini dünyanın ən tanınmış şirkətlərindən olan "Mondelez International" küllü-miqdarda vəsait əldə edir və rəsmi olaraq saqqızın buraxılmasını bərpa edir.
Şans

Dostlarınla Paylaş

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023