"Qırmızı Kitab"ın III nəşri hazırlanır


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

"Qırmızı Kitab"ın III nəşri hazırlanır

"Qırmızı Kitab"ın III nəşri hazırlanır
"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qırmızı Kitabı"nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramı hazırlanıb".
Tatli.Biz Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova AMEA-nın Rəyasət Heyətinin iclasında deyib.
Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib.
Bununla yanaşı, nəşrlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib.
"Qırmızı Kitabı"n III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanması tövsiyə olunub.

Dostlarınızla Paylaş

Saytda 180 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025