Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?


Секрет воспитания начинается с уважения к ребенку

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?
Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidizm depressiya, halsızlıq və oynaq ağrısı da daxil olmaqla çoxsaylı simptomlara səbəb ola bilər. Hipotiroidizm də hamiləlik zamanı müxtəlif növ ağırlaşmalar riskini artıra bilər. Buna görə də hamiləlik zamanı hipotiroidizmin sizə necə təsir edə biləcəyini və hormon əvəzləyici dərman preparatının qəbuluna ehtiyacın olub olmadığını bilmək olduqca vacibdir.
Trioid vəzinin qeyri-kafi çalışdığı vəziyyətlərdə yorğunluq, səbəbsiz kilo alışı, qəbizlik kimi simptomlara səbəb olur. Hamilə qadınlarda bu əlamətlər hamiləliyin normal gedişi olaraq qəbul edilə bilər. Bəzi qadınlarda hamiləlik əvvəlində, bəzi qadınlarda isə hamiləlik müddətində hipotiroidizm ortaya çıxa bilər.
Diaqnoz qoyulmaqda və müalicəsində gecikilmə olduqda qalıcı sağlamlıq problemlərinə yol aça bilər. Bu vəziyyət davam etsə hamiləliyə bağlı hipertenziya, erkən doğum, plasentanın erkən ayrılması və ölü doğuma səbəb ola bilər.
Bu fəsadlar ananın və körpənin sağlamlığını ciddi şəkildə riskə sala bilər. Ancaq bu vəziyyət təsbit edilməmiş və laqeyd yanaşılmış tiroid pozuqluqları nəticəsində yaşana bilər. Bu səbəblə qadınların hamiləlik əvvəli və hamiləlik müddəti boyunca nizamlı olaraq tiroid müayinələrinin etdirməsi lazımdır.
Hamiləlik dövründə tiroid diaqnozu hər hansı bir xəstəxanada sadə bir qan testi ilə edilə bilər. Ailəsində tiroid narahatlığı olan ya da erkən doğum əhvalatı olan qadınların bu müayinələrə qətiliklə laqeyd yanaşmamalıdırlar.
Tiroid narahatlığı olan ya da hamiləlik dövründə ortaya çıxan qadınlarda tiroid hormonlarını nizama salmaq üçün tiroid həbi tətbiq olunur.

Поделиться с друзьями

На сайте 66 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024