Sağlam arıqlama

Sağlam arıqlama


yeməyindən sonra qatıq və ya ayran qəbul edilə bilər. Bu məqamda meyvənin əhəmiyyətini də qeyd etmək lazımdır. Gün ərzində ən azı 3 porsiya meyvə yeyilməlidir. Meyvə və tərəvəz birlikdə gündəlik menyumuzun 5-7 porsiyasını təşkil etməlidir. Bəzən qadınlar qaş qaralanda fikirləşirlər ki, axşama nə bişirim? Bunu axşam saat 6-da fikirləşmək lazım deyil. Yaxşı olar ki, gündəlik menyunu tərtib edərkən bu məsələni diqqətdə saxlasınlar. Bəziləri deyir ki, mən işləyirəm və buna görə də yemək bişirməyə vaxt tapa bilmirəm. Əslində, hər şey düzgün planlaşdırmadan asılıdır. Axşam yeməyini əvvəlcədən hazırlayıb soyuducuya qoymaq mümkündür. Ən pis halda, evdə olan tərəvəzlərdən və digər məhsullardan istifadə etməklə doyumlu axşam yeməyi hazırlamaq mümkündür. Məsələn, müxtəlif növ tərəvəzlərdən hazırlanan salata tuna balığı əlavə etməklə, dadlı axşam yeməyini təqdim edə bilərsiniz. Qısa müddətdə hazır olan qarnirlər də seçimlər arasındadır. Həddən artıq məşğul insanlar axşam yeməyini çox vaxt evdə yeyə bilmir. Bu halda çalışmaq lazımdır ki, sağlam qidaya üstünlük verilsin. Məsələn, axşam yeməyinə pizza əvəzinə daha sağlam seçimlər etmək olar. Qeyd edim ki, axşam yeməyi hazırlanarkən evdəki uşaqlara və onların yaş qruplarına da diqqət yetirmək lazımdır. Çünki uşağın qida mədəniyyəti ailədən formalaşır. Gün ərzində fastfud qəbul edən uşağa sağlam qidadan danışmaq mənasızdır. Valideynlər qida mədəniyyətini uşaqlarda erkən yaşlarda formalaşdırmalıdırlar. Nə qədər işiniz olsa da, axşam yeməyini ailənizlə birgə sağlam qidalarla qəbul etsəniz daha yaxşı olar. Çünki özümüz bu ənənəni formalaşdırmasaq, uşaqlardan bunu tələb etməyə haqqımız yoxdur”.
<< 1 [2]
Только 566 человек читают
Поделиться с друзьями

На сайте 65 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024