Dietoloqların əksəriyyəti ac qalmadan arıqlamağın mümkünlüyünü dəfələrlə sübut etmişdir. Bu proses düzgün qidalanma, metabolizmə uyğun pəhrizlər və su ilə arıqlamaq əsasında qurulur.
Su ilə arıqlamaq – 7 qayda
Suyu hər yeməkdən əvvəl içməlisiniz.
Qida qəbulundan 2 saat sonra içilən suyun miqdarı yeməkdən əvvəlki həcmə bərabər olmalıdır.
Su ilə arıqlamaq istədikdə çox ac qalmayın. Vərdiş etdiyiniz yeməklərlə qidalanın. Sadəcə porsiyaları azaldın.
Suyun qazsız və təmiz olmasına diqqət yetirin. Stəkana bir neçə damcı limon şirəsi əlavə edə bilərsiniz.
Sutka ərzində içilən suyun həcmi minimum 2, maksimum 4 litr olmalıdır. Bu miqdarın normadan yuxarı qalxması sidik-ifrazat sisteminin fəaliyyətini poza bilər.
Yemək yeyərkən sudan uzaq durun.
Gün ərzində 3 dəfə qidalanırsınızsa, birini su ilə əvəz etsəniz daha sürətlə çəki itirəcəksiniz.
Su ilə arıqlamaq 2 şəkil
1 günlük rasion ilə arıqlamaq
Səhər
8:30 – 2 stəkan su
9:00 – adi səhər yeməyi
11:00 – şəkərsiz çay və ya qəhvə
11:00-dan 13:40-a kimi gündəlik normanı aşmayaraq istənilən miqdarda suyu içə bilərsiniz.
Günorta
13:40 – 2 stəkan su
14:00 – nahar yeməyi
16:00 – çay və ya qəhvə.
Axşam
18:40 – 1 stəkan su
19:00 – yüngül axşam yeməyi
21:00 – çay
Gecə aclıq hiss etsəniz bir qədər su için.
Su ilə arıqlamaq 1 şəkil
Su ilə arıqlamaq – 3 günlük ekstremal dieta
Klassik metoddan əlavə daha ekstremal, lakin qısa yol ilə arıqlamaq mümkündür. Pəhriz 3 günlükdür. Bu müddətdə 3 kiloqram çəki ata bilərsiniz.
I gün
Yuxudan oyanan kimi acqarnına limon qatılmış sudan için. 30 dəqiqə sonra səhər yeməyinə başlayın: 2 dilim qızardılmış (tost) çovdar çörəyi, qaynadılmış yumurta, 1 dilim yağsız pendir
İkinci səhər yeməyi:
Только 635 человек читают