Kaş səni heç zaman görməz olaydım,
Könlümü verib də,sevməz olaydım.
Yada bu dünyaya gəlməz olaydım.
Qəlbimin ahına dözə bilmirəm.
*****************************************
Xatirəm qalıbdı o günlərdə
Sözlərin səslənir daim dodaqda.
Görürəm gəzirsən məndən uzaqda.
Dayanıb doyunca süzə bilmirəm.
****************************************
Mən bir gəmi idim, sənsə yelkəni.
Dalğalar içində itirdim səni.
Nə qədər unudub atsanda məni.
Həqiqi sevgidən bezə bilmirəm.
****************************************
Səs verə bilmədin mənim hayıma
Gedincə bir dəniz düşdü payıma
Qərq olub gedirəm onun suyuna
Tükənib taqətim, üzə bilmirəm.
**************************************
Sevdiyim eşqimi yelə veribdir.
Könlümün sarayını viran edibdir.
Bu mənim sevdam boşa gedibdir.
Əzəldən bilirdim, təzə bilmirəm….
Только 3092 человек читают
Понравилось (799) | Не понравилось (508)