İsrail övladından bir kor, bir cüzamlı, bir də keçəl adam olur. Allah onları imtahan etmək istəyir və onlara mələk göndərir. Mələk cüzamlıdan soruşur “ Sən ən çox nə arzu edərdin? Cüzamlı “Yaxşı dəri rəngim olsun, çünki insanlar məndən iyrənir” deyir. Mələk ona toxunur və o sağalır, sağlam və yaxşı rəngli dəriyə malik olur. Mələk yenə soruşur: “Hansı əmlakının olmasını istərdin? Cüzamlı “Dəvəm olmasını istərdim” deyir. Ona boylu dəvə verilir və mələk deyir: “Allah bununla sənə öz lütfünü göstərdi”.
Mələk keçəlin yayına gəlir və soruşur: “Sən ən çox nə arzu edərdin?” Keçəl “ Yaxşı saçım olsun. Mən bu xəstəlikdən qurtulmaq istəyirəm, çünki insanlar məni çirkin hesab edir” Mələk ona toxunur və ona gözəl saç verilir. Sonra mələk yenə soruşur: “Hansı əmlakı isərdin?” O, inəklərinin olmasını söyləyir. Beləliklə, ona çox süd verən inək verilir və mələk ona deyir: “Allah bununla sənə lütfünü göstərir”.
Sonra mələk kor adamın yanına gəlir və eyni sualı ona verir.
O deyir: “Arzu edərdim ki, Allah mənə görmə qabiliyyətimi qaytarsın ki, mən insanları görüm.” Mələk onun gözlərinə toxunur və o, görməyə başlayır. Mələk ondan soruşur: “Hansı əmlakı istərdin?” O deyir: “Qoyun”. Beləliklə ona boylu qoyun verilir. Mələk ona deyir: “Allah sənə bununla rəhm etsin.”
Müəyyən vaxt keçir və bütün heyvanlar bala verir. Onlar o qədər çoxalır ki, bütöv vadini örtəcək qədər dəvə, inək və qoyunlara bərabər olur.
Müəyyən müddət sonra cüzamlı cildində mələk əvvəl cüzam xəstəsi olan kişinin yanına gedir və deyir: “Mən kasıb bir adamam, səfərdə bütün yaşayış vasitələrini itirmişəm. Mənim ehtiyacımı Allah və sonra səndən baəqa heş kim qarşılaya bilməz. Sənə gözəl və yaxşı dəri və
Только 2903 человек читают
Понравилось (526) | Не понравилось (453)