42 dərəcə isti olacaq - Güclü temperatur diskomfortu gözlənilir

42 dərəcə isti olacaq - Güclü temperatur diskomfortu gözlənilir


Каждый день добавляется новая интересная информация

42 dərəcə isti olacaq - Güclü temperatur diskomfortu gözlənilir

42 dərəcə isti olacaq - Güclü temperatur diskomfortu gözlənilir
İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən Xanim.az Tatli.Biz-a istinadən verilən məlumata görə, iyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, bəzi yerlərdə 41, Bakıda gecə 23-25, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

İyunun 24-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Поделиться с друзьями

На сайте 206 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024