"Azərbaycanda qapanmaya ehtiyac var" - Həkim

"Azərbaycanda qapanmaya ehtiyac var" - Həkim


Каждый день добавляется новая интересная информация

"Azərbaycanda qapanmaya ehtiyac var" - Həkim

"Azərbaycanda qapanmaya ehtiyac var" - Həkim
Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı sürətlə artır. Eyni zamanda, COVID-dən ölənlərin sayı da çoxalır. Ölkədə aktiv peyvəndləmə prosesinin aparılmasına baxmayaraq, pandemiyanı aradan qaldırmaq hələ mümkün olmayıb.
Tatli.Biz caliber.az-a isdtinadən bildirir ki, COVID xəstəxanasının həkimi Polina Əliyeva ilə ölkədəki mövcud pandemik vəziyyət və karantin rejiminin sərtləşdirilməsi barədə danışıb.
Həkim bildirib ki, hazırda həm mövsümi qrip, həm də COVID-19-un fəallığı vəziyyəti daha da çətinləşdirir.
"Üçüncü dalğanın daha aqressiv olduğunu əminliklə deyə bilərəm. Hazırda bir çox xəstənin vəziyyəti ağırdır. Bunu birbaşa virusun aqressivliyi ilə əlaqələndirməzdim. Mövcud vəziyyət daha çox ikiqat infeksiya - mövsümi qrip və COVID-19-un orqanizmə hücum etməsilə bağlıdır. Bir şəxs xəstələndikdə ilk növbədə bunun soyuqdəymə və ya mövsümi qrip olduğunu düşünür. Lakin koronavirusa yoluxduğunu biləndə artıq çox gec olur. Belə halda yeganə çıxış yolu təcili xəstəxanaya yatırılmaqdır. Bəzi hallarda isə xəstələr birbaşa reanimasiya şöbəsinə müraciət edirlər", - deyə P.Əliyeva qeyd edib.
Onun sözlərinə görə, hazırda koronavirusun qurbanları xeyli cavanlaşıb. Artıq gənclərdə də xəstəliyin əlamətlərinin şiddətlənməsi halları tez-tez müşahidə olunur.
"İndi artıq gənclərimiz də xəstəliyi çox şiddətli keçirirlər. Bəzən 28-29 yaşında olan şəxslərdə ağ ciyərlərin 50%-nin zədələndiyi aşkar olunur. Xroniki xəstəlikləri olanlarda isə koronavirus çox sürətlə inkişaf edir. Əvvəllər bu cür xəstələrin vəziyyəti üç-dörd gün ərzində pisləşə bilərdisə, indi bu, bir gün ərzində baş verir. Belə xəstələr dərhal reanimasiyaya yerləşdirilirlər, əksər hallarda mexaniki havalandırma cihazına qoşulurlar. Bu tendensiya təhlükəlidir, çünki zaman keçdikcə xəstəxanalarda süni nəfəs aparatlarının çatışmazlığı yaranacaq. Xəstəxanamızın reanimasiya şöbəsində artıq yer yoxdur. Həkimlərimiz çox çalışırlar. Bu, səhiyyə sistemi üçün olduqca ağır bir yükdür", - deyə P.Əliyeva bildirib.  
Həkim mövcud müəlicə üsullarının effektivliyi məsələsinə də toxunub. O, hazırda xəstəliyin birinci və ikinci dalğaları zamanı tətbiq edilən müalicə metodlarından istifadə olunduğunu bildirib.
"Əminliklə deyə bilərəm ki, mövcud müalicə protokolları hər zaman təsirli olmur. Bu da öz növbəsində xəstəxanalarda, o cümlədən də intensiv terapiya və reanimasiya şöbələrində bir xəstənin yataq günlərinin sayını artırır. Koronavirus infeksiyası olan xəstələrin müalicəsi üçün ÜST tərəfindən tövsiyə olunan heç bir antivirus vasitəmiz yoxdur. Unutmayaq ki, peyvənd dərman deyil. Bundan əlavə, heç də bütün yaş qrupları vaksinasiya olunmayıb. 40 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi bu yaxınlarda başlayıb. Həmçinin, vətəndaşlarımızın az bir hissəsi hər iki dozada peyvənd olunub. Bu isə o deməkdir ki, heç də hər kəsdə virusa qarşı immunitet yaranmayıb. Nəzərə almaq lazımdır ki, insan orqanizmində anticisimlər peyvənddən təxminən bir ay sonra əmələ gəlir. Müxtəlif obyektiv mənbələrə görə, peyvəndin effektivliyinin 72%-ə çatdığını da anlamaq gərəkdir. Ancaq eyni zamanda bir müsbət məqam da var. Çinin "SinoVac" şirkəti tərəfindən istehsal olunan "CoronoVAC" vaksini ilə gələcəkdə təkrar peyvənd olunmaq mümkündür", - deyə həkim qeyd edib.
Söhbətin sonunda P.Əliyeva vaksinasiyanın mövsümi hal ala biləcəyi məsələsinə də münasibət bildirib. O, bunun zamanla aydınlaşacağını deyərək, hər şeyin peyvəndin orqanizmi hansı müddətə qorumasından asılı olacağını və bunun yalnız ciddi təhlillərdən sonra müəyyən edilə biləcəyini vurğulayıb.
Həkimin sözlərinə görə, hazırki vəziyyət nəzərə alındıqda, ən az 10 gün ərzində tam qapanma tətbiq etmək vacibdir. Bu, yoluxma zəncirini qırmağın yeganə yoludur. Əks təqdirdə, bütün səhiyyə sistemi iflic ola bilər.
Məlumat üçün bildirək ki, bu gün Çindən Azərbaycana 500 min doza koronavirus peyvəndi gəlib. Aprelin 5-də Koreyadan Azərbaycana 84.000 doza "Vaxzevria" (əvvəlki adı "AstraZeneca") peyvəndi gələcək. May ayının sonuna qədər ölkəmiz 432 min doza "Vaxzevria" peyvəndi idxal etməyi planlaşdırır. Peyvənd İngiltərə-İsveç ortaq şirkəti tərəfindən istehsal edilir. Bundan əlavə, səkkiz həftə ərzində 218.790 doza "Pfizer-BioNTech" peyvəndi də Azərbaycana gətiriləcək.
Bizimlə əlaqə saxlayın
Tatli.Biz

Поделиться с друзьями

На сайте 177 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023