Bağırsaq xərçənginin 2 ERKƏN SİMPTOMU

Bağırsaq xərçənginin 2 ERKƏN SİMPTOMU


Каждый день добавляется новая интересная информация

Bağırsaq xərçənginin 2 ERKƏN SİMPTOMU

Bağırsaq xərçənginin 2 ERKƏN SİMPTOMU
Bağırsaq xərçəngi və ya kolorektal xərçəng zamanı bədxassəli şiş yoğun və ya düz bağırsaqda inkişaf edir. Təəssüf ki, bir çox digər xərçəng növləri kimi bağırsaq xərçəngi də ilkin mərhələlərdə özünü demək olar büruzə vermir.
Mütəxəssislərin müşahidələrinə görə, qarında daim diskomfort hissinin olması bu xərçəng növünün ən erkən simptomlardan sayıla bilər.  
Xərçəng hüceyrələri sürətlə artaraq sağlam hüceyrələr və toxumalarını məhv etməyə başlayır. Bunun nəticəsində insan qarın boşluğunda daim diskomfort hiss etməyə, köpdən əziyyət çəkməyə başlayır.
Tatli.Biz saglamolun.az-a istinadən bildirir ki, ikinci erkən simptom səbəbsiz keçməyən yorğunluqdur. Bunun səbəbi daxili qanaxma və xərçəng hüceyrələrinin artması nəticəsində orqanizmdə qidalı maddələrin çatışmazlığıdır.
Onkoloqlar qeyd edir ki, bağırsaq xərçəngi ən yayılmış xərçəng növü olub əsasən 50 yaşdan sonra insanlarda inkişaf edir. Lakin son zamanlar bağırsaq xərçənginin xeyli cavanlaşması müşahidə olunur.
Tatli.Biz

Поделиться с друзьями

На сайте 103 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024