Makaron illərdir yanlış bişirilirmiş - ən sağlam və dadlı üsul


Каждый день добавляется новая интересная информация

Makaron illərdir yanlış bişirilirmiş - ən sağlam və dadlı üsul

Makaron illərdir yanlış bişirilirmiş - ən sağlam və dadlı üsul
Makaron illərdir səhv üsulla bişirilir.
Tatli.Biz bildirir ki, makaronun ən doğru bişirmə üsulu onu birbaşa sobada hazırlamaqdır.
Mütəxəssislər bildiriblər ki, makaronu əvvəlcədən yarı bişirib sonra sobaya qoymaq əksinə, dadını azaldır və quruluq yaradır. Çünki yarıbişmiş makaron sobada artıq dərəcədə bişir və həm içindən bərk qalır, həm də xarici quruluğu itir.
Ən doğru üsul - quru makaronu əvvəlcədən sousla yaxşıca qarışdırmaq və həmin qarışığı birbaşa sobaya yerləşdirməkdir. Bu zaman makaron sousdakı nəmliyi özünə çəkir, içdən yumşaq, üstdən isə xırçıldayan və zərif dad əldə olunur.
Mütəxəssislər həmçinin xəbərdarlıq ediblər ki, bişirmə zamanı suya duz əlavə etmək makaronun dadını daha da zənginləşdirir. Duzsuz su ilə bişirilən makaron isə dadsız və sönük olur. Bəzi aşpazlar isə sousun miqdarının da önəmli olduğunu qeyd ediblər - sous kifayət qədər bol olmalıdır ki, makaron sobada bişərkən tam nəmlənsin və qurumasın.
Artıq yeni üsulla bişirilən makaron, həm qida dəyərini qoruyur, həm də hər loxmada fərqli  dad hiss etdirir. Bu üsul son illərdə Avropada məşhurlaşıb və indi dünyanın bir çox yerlərində tövsiyə edilir.
İsmayıl
Tatli.Biz

Поделиться с друзьями

На сайте 120 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025