Xərçəng xəstələri neçə il yaşayacaqlarını öyrənə biləcək

Xərçəng xəstələri neçə il yaşayacaqlarını öyrənə biləcək


Каждый день добавляется новая интересная информация

Xərçəng xəstələri neçə il yaşayacaqlarını öyrənə biləcək

Xərçəng xəstələri neçə il yaşayacaqlarını öyrənə biləcək
Kişilər üçün prostat xərçəngi ən ölümcül xərçənglərdən biri olaraq qalır, ona görə də xəstəliyin ən təsirli müalicə üsullarını axtarmaq vacibdir. Yel Tibb Məktəbinin alimləri araşdırma aparıb və xəstəliyi müalicə etməyin ən yaxşı yollarını müəyyənləşdiriblər.
Tatli.Biz oxu.az-a istinadən bildirir ki, araşdırma "Frontiers in Medicine" jurnalında dərc olunub.
Altı milyondan çox veteran haqqında elektron sağlamlıq kartlarının məlumatlarından istifadə edərək, komanda xəstələrin ömrünün uzunluğunu daha yaxşı xarakterizə etmək üçün iki böyük araşdırma aparıb.
İlk araşdırmada qrup xəstələrdə ölüm nisbətini proqnozlaşdırmaq üçün laboratoriya göstəricilərinə əsaslanan proqnoz indeksi hazırlayıblar. Daha sonra komanda 18 il ərzində prostat xərçəngi diaqnozu qoyulmuş xəstələrin məlumatlarını araşdıraraq retrospektiv kohort tədqiqatı aparıblar. Müəlliflər hazırladıqları metodu qiymətləndirmək istəyiblər və nəticələr onun effektivliyini göstərib.
Texnologiyanın müəlliflərinin fikrincə, bu vasitə həkimlərə daha uyğun müalicə təyin etməyə kömək edəcək. Gələcəkdə elm adamları prostat xərçəngi olan xəstələrin ömrünün proqnozlaşdırılması üçün hazırlanmış metodu təkmilləşdirməyə davam edəcəklər.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Поделиться с друзьями

На сайте 54 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024