Рецепты всевозможных блюд и сладостей
Aşağı kalorili tort
Tərkibi:
xama — 500 qr.
biskvit — 300 г.
jelatin — 3 xörək qaşığı
çiyələk
şəkər tozu — 1 stəkan
kivi
Hazırlanması:
½ stəkan soyuq suya jelatin əlavə edib yarım saat saxlayırıq. Həmin vaxtda isə xamanı şəkər tozu ilə qarışdırırıq. Yarım saatdan sonra jelatini odun üzərinə qoyub tam həll olana qədər qızdırırıq (əsas odur ki, qaynamasın). Jelatini müntəzəm qarışdıraraq onun içərisinə nazik su şırnağı kimi xama əlavə edirik.
Dərin qaba qida plyonkası səririk, dibinə doğranmış giləmeyvə, kivi və çiyələk düzürük. Sonra hissələrə bölünmüş biskvit qatı, üzərinə yenidən giləmeyvə qatı, sonra biskvit qatı düzürük. Alınmış kütlənin üzərinə jelatin və xama qarışığı tökürük. 2 saat soyuducuda saxlayırıq. Sonra tortu soyuducudan çıxarıb, səliqə ilə boşqaba qoyuruq.