Balığın Növlərinə Görə Bişirilmə Qaydası

Balığın Növlərinə Görə Bişirilmə Qaydası


Рецепты всевозможных блюд и сладостей

Balığın Növlərinə Görə Bişirilmə Qaydası

Adətən balıq "r" hərfi olan aylarda yeyilir. Zəngin vitamin tərkibi və güclü qida dəyəri baxımından olduqca faydalı olan balıqları böyükdən kiçiyə hər kəs nizamlı olaraq yeməlidir. Omega-3 baxımından zəngin olan bu qidanın ürək damar xəstəliklərinə qarşı da qoruyucu bir təsiri var. Həmçinin yağ nisbəti aşağı olduğu üçün də çəkiyə nəzarət baxımından da əhəmiyyətlidir. Hər balığın mövsümü fərqlidir. Mövsümündə istifadə edilən balıqlar hər zaman daha ləzzətlidir. Mövsümü qədər balığın necə bişirildiyi də olduqca əhəmiyyətlidir.

Evdar.az sizlər üçün balığın növlərinə görə bişirilmə qaydasını təqdim edir.

Nuş Olsun!

Qızartma
Step 1

Kiçik balıqlar qızartmalar üçün idealdır. Palamut kimi böyük balıqlar isə dilim halında qızardılmalıdır. Balıqları una batardıqda həm daha ləzzətli olur, həm də tavaya yapışmır. Balıqları yumamışdan əvvəl yaxşıca təmizləyib və kağız dəsmal ilə yaxşıca qurudun. Tavada qızartdıqda balığın yağı özünə çox çəkməməsi üçün qızğın yağda və yüksək odda qızardılmalıdır.
Sobada
Step 2

Sobada bişirmə üsulunda isə balıqlar 180 dərəcədə, bir soba qabının içərisində tərəvəz ilə birlikdə bişirilməlidir. Sobada bişirmə həm asan, həm də olduqca yüngül bir üsuldur. Bu bişirmə üsulu kiçik və böyük balıqlar üçün də uyğundur. Öz suyunda və tərəvəzlərin suyunda bişən balıqlar hər zaman daha ləzzətli olur.
Qrildə qızartma (Izgara)
Step 3

Qrildə qızartma üçün ən yaxşı balıqlar iri və yağlı olanlardır. Əgər başqa balıqları seçsəniz qızartdıqda yapışacaq. Qrildə qızartmmışdan əvvəl balıqlara 2-3 saat əvvəl soğan suyu və zeytun yağı yaxsanız daha ləzzətli olar.Tez bişirmək üçün balıqları hissələrə bölərək şişə də çəkə bilərsiniz.
Soyutma (qaynatma)
Step 4

Adətən losos balığını bu üsulla bişirirlər. Bu bişirmə üsulu balığın qaynayarkən formasının itməməsi üçündür. Bu üsul üçün balıqları su dəyməyəcək şəkildə streç salafanla möhkəm bükün. Daha sonra yaxşıca qaynayan suyun içərisinə atıb bişirin.
Şiş və Saxsı qab
Step 5

Şiş, ətli və quşbaşı doğranacaq balıq növləri üçün tətbiq oluna bilər. Saxsı isə həm ətli, həm də xırda balıq növləri üçün uyğundur.
Növlərinə görə balıqların bişirmə üsulları: Barbun balığı
Step 6

Tavada qızartma üçün uyğundur. Yağlı kağızda və ya dəmir torda da bişirilə bilər.
Çapaq balığı
Step 7

Qızartma və sobada bişirilməyə uyğundur. Buğlaması və şorbası da olduqca ləzzətli olur.
Dəniz dili balığı
Step 8

Tavada, şişdə və file kimi bişirmək olar.
Kilkə balığı
Step 9

Tava, soba, qrildə qızartma kimi bişirmək olar. Buğlaması da çox ləzzətlidir.
Stavrida balığı
Step 10

Tavada və sobada bişirilən bu balıq çox ləzzətli olur.
Qalxan balığı
Step 11

Yağlı kağızda və buğlaması ləzzətli olur. Bundan əlavə də tavada da bişirə bilərsiniz.
Qaragöz balığı
Step 12

Sobada və buğlama olaraq bişirilən qaragöz şorbası da olduqca ləzzətlidir.
Kefal balığı
Step 13

Kefal balığı buğlama üsulu üçün uyğundur.
Qılınc balığı
Step 14

Yağlı kağızda bişirmə üsulu və qızartma üçün uyğundur.
Levrək balığı
Step 15

Qrildə (ızgarada) və ya sobada bişirmək üçün uyğundur. Öz buğunda bişirilməsi da ləzzətli olur.
Skumbriya balığı
Step 16

Qızartma və dolması ləzzətlidir. Duzda basdırılması da dadlı olur.
Balığın Növlərinə Görə Bişirilmə Qaydası
Balığın Növlərinə Görə Bişirilmə Qaydası
Balığın Növlərinə Görə Bişirilmə Qaydası

Поделиться с друзьями

На сайте 168 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024