Cinnabon – Darçınlı bulka resepti

Cinnabon – Darçınlı bulka resepti


Рецепты всевозможных блюд и сладостей

Cinnabon – Darçınlı bulka resepti

Cinnabon – Darçınlı bulka resepti
Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə ata və oğul Riç və Qreq Komen qərara alırlar ki, dünyada ən dadlı darçınlı bulkalar hazırlasınlasınlar. İlk Cinnabon kafesi 1985-ci il dekabrın 4-də Sietl şəhətində açılmışdır. Hal-hazırda dünyanın 52 ölkəsində 1300 kafe fəaliyyət göstərir. Ən ətirli darçın növü olan Makara xüsusi olaraq Cinnabon üçün İndoneziya dağlarında yetişdirilir. Krem pendirli sous isə bulkalara əvəzolunmaz dad verən son kulinariya toxunuşu olur. Cinnabon kafelərində olan bulkaların əsas resepti sirr olaraq saxlansa da, bu gün dünyada evdar xanımlar da bu bulkaları hazırlayırlar. Mən də bu postda ən ideal Cinnabon resepti ilə sizinlə bölüşəcəyəm.

Lazım olan ərzaqlar:
Xəmir üçün:

250 ml süd
1 ç.q. maya
100 q şəkər tozu
2 yumurta
70 q kərə yağı
1 ç.q. duz
700 q un
İçlik:

50 q kərə yağı
150 q qəhvəyi şəkər
3 ç.q. darçın
Krem üçün:

100 q krem pendir ( Philadelphia, Almetto və ya Labne pendiri)
kərə yağı 100 q
100 q şəkər kirşanı

Xəmir üçün ilıq südün üzərinə bir az şəkər tozu və maya əlavə olunur, maya köpüklənənə qədər 10-15 dəqiqə gözlənir. Sonra yumurtalar ilə qalan şəkər tozu qarışdırılıb əlavə olunur. İlıq əridilmiş kərə yağı əlavə olunur. Un ələkdən keçirilib duz ilə birlikdə bura əlavə edilir və yumşaq xəmir yoğrulur. Xəmir 1-1.5 saat isti yerdə ağzı bağlı şəkildə mayanlandırılır.

İçlik üçün darçın, qəhvəyi şəkər tozu ( yoxdursa, ağ şəkər tozu əlavə edə bilərsiniz) və yumşaldılmış kərə yağı qarışdırılır.

Xəmir 2 kündəyə ayrılır və düzbucaqlı formada yayılır. Hər tərəfinə darçınlı içlik çəkilir.

Rulet kimi bükülür, və 4-6 sm enlikdə kəsilir.

Soba üçün qaba kalka kağızı sərib üzərinə bulkalar aralarında bir qədər məsafə olmaqla düzülür . Üzəri örtülüb 20-30 dəq isti yerdə saxlanır. 180-190 dərəcəli sobada 30 dəqiqə bişirilir.

Üzərinin kremi üçün yumşaq kərə yağı, krem pendir və şəkər kirşanı mikser ilə qarışdırılır. Bulkalar qaynar yox , bir az soyuduqdan sonra isti-isti üzərinə krem çəkilir.

Nuş olsun!

Поделиться с друзьями

На сайте 60 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024