Ən sadə ALMA PİROQU

Ən sadə ALMA PİROQU


Рецепты всевозможных блюд и сладостей

Ən sadə ALMA PİROQU

Ən sadə ALMA PİROQU
Tərkib:
- 5 orta ölçüdə alma
- 3 iri yumurta
- 1 stəkan şəkər tozu
- 1 stəkan un
- 1 ç.q. soda (sirkə ilə söndürün)
- 1 ç.q. qarçın
Hazırlanması:
1. Almaları soyun, tikələrə doğrayın.
2. Formaya yağ çəkin, almaları düzün, üzərinə darçın səpin.
3. Yumurtanı şəkər tozu ilə mikserlə çalın, söndürülmüş soda və un əlavə edin, yenə mikserlə çalın.
4. Kütləni almanın üzərinə ehtiyatla tökün.
5. Sobanı qabaqcadan 170-180 C qədər qızdırın, piroqun üstü qızarana qədər bişirin (təxminən 40-45 dəqiqə).
6. Piroq soyuyanda üzərinə pudra səpin. 
Nuş olsun!

Поделиться с друзьями

На сайте 130 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024