(5-6 nəfərlik)
6 st süd
1/2 st yumru düyü
4 x.q şəkər tozu
50 q kərə yağı
1 x.q darçın
Hazırlanması:
Təmiz yumru düyünü maşında üyüdüb, un halına salırıq. İstəsəniz düyünü 2 saat suda saxlayıb, sonra qurudub, çəkə də bilərsiniz. Düyünü nə qədər yusanız o qədər də nişastası gedir.
Qazana südü, çəkilmiş düyünü, yağı və şəkər tozunu töküb, qarışdırırıq və qazın üstünə qoyuruq.
Dayanmadan asta qarışdırırıq. Süd qatılaşıb, qaynamağa başlayanda 5 dəqiqə qarışdırıb, götürürük.
Firni hazır olan kimi isti-isti boşqablara tökürük. Zövqə görə darçınla üstünü bəzəyirik.