Göbələklə kartof qızartması. Ləzzətli və sadə!

Göbələklə kartof qızartması. Ləzzətli və sadə!


Рецепты всевозможных блюд и сладостей

Göbələklə kartof qızartması. Ləzzətli və sadə!

Göbələklə kartof qızartması. Ləzzətli və sadə!
İnqrediyentlər:
- 800 qr - 1 kq kartof
- yarım kq göbələk
- 2 baş soğan
- 1 dəstə şüyüd
- bitki yağı, duz, istiot, sarıkök
Hazırlanması:
1. Soğanı uzun-uzun doğrayın, bitki yağında yumşalana qədər qızardın.
2. Göbələyi təmizləyin, doğrayın, soğana əlavə edin, 5-6 dəqiqə qızardın.
3. Kartofu təmizləyin, uzun-uzun doğrayın, tavaya əlavə edin, hazır olana qədər qızardın.
4. Bişənə yaxın duz, istiot, sarıkök və xırda doğranmış şüyüdü əlavə edin, qarışdırın.
Nuş olsun!

Поделиться с друзьями

На сайте 245 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024