Tatli.Biz
Развлекательный портал
Язык:
Niyə yumurtanın sarısı bəzən yaşıla çevrilir?
Рецепты всевозможных блюд и сладостей
Niyə yumurtanın sarısı bəzən yaşıla çevrilir?
Yumurta qaynadıldıqda bəzi hallarda sarısı yaşıl rəngə çevrilir. Bəs bunun niyə baş verdiyini heç bilirsiniz?
Tatli.Biz
Tatli.Biz
-a istinadən bildirir ki, yumurtanı suda qaynadarkən, yumurtadakı zülallarda olan turşu zəncirləri dəyişikliyə məruz qalaraq, ya müvəqqəti bir-birindən ayrılır, ya da quruluşları dəyişikliyə məruz qalır. İsinmə davam etdikcə bu kütlələr içində yeni bağlar qurulur və nəticədə möhkəm bir protein şəbəkəsi yaranır. Məhz bu yumurtanın ağının da, sarısının da qatı konsistensiyaya çatmasına gətirib çıxarır. Qaynama davam edirsə, sarının rəngi yaşıla çevrilir. Çünki yumurtanın ağı sulfiddən ibarətdir və bu sulfid qaynama vaxtı hidrogenlə birləşəndə hidrogen sulfidə çevrilir. Bunun qoxusu xarab yumurta qoxusu kimidir. Hidrogen sulfid zəhərli, yanıcı və partlayıcı təsirə malik bir qazdır. Amma əlbəttə, yumurtada hidrogen sulfidin az miqdarı belə, risklər yaradacaq qədər çox deyil. Yəni bunun zərərli olduğunu düşünüb qorxmanıza ehtiyac yoxdur.
Поделиться с друзьями
На сайте
52
человек
Tatli.Biz
©
Tatli.Biz
2010-2025