Qoz və kişmişlə ASAN PİROQ

Qoz və kişmişlə ASAN PİROQ


Рецепты всевозможных блюд и сладостей

Qoz və kişmişlə ASAN PİROQ

Qoz və kişmişlə ASAN PİROQ
Tərkib:
- 1 stəkan un
- 1 stəkan şəkər tozu
- 2 iri yumurta
- yarım stəkan təzə qatıq (turş olmamalıdır) və ya xama
- 100 qr kərə yağı
- 1 stəkan qoz (fındıq, püstə və s. da istifadə etmək olar)
- yarım stəkan kişmiş
- yarım ç.q. darçın
- 1 ç.q. soda
- 1 çimdik duz
Hazırlanması:
1. Şəkər tozu yumşaq kərə yağı ilə mikserlə çalınır.
2. Yumurta əlavə olunur, yenə çalınır.
3. Xırda doğranmış qoz, kişmiş, darçın, duz əlavə olunur, qarışdırırlır.
4. Sodanı qatığa əlavə edin, qarışdırın, sonra qatığı xəmirə əlavə edin, yenə qarışdırın.
5. Ələnmiş un əlavə edin, yaxşı qarışdırın.
6. Formaya yağ çəkin, xəmir tökün.
7. Piroqu qabaqcadan 200 C qədər qızdırlmış sobada bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
8. Piroqu soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
  

Поделиться с друзьями

На сайте 127 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024