Sobada makaronlu ətli qat-qat


Рецепты всевозможных блюд и сладостей

Sobada makaronlu ətli qat-qat

Sobada makaronlu ətli qat-qat
Ərzaqlar:
Sobada makaronlu ətli qat-qat

1 paket makaron

500 q hazır qiymə

2 ədəd yumurta

1 st süd

3 x.q mayonez (ya da xama)

3 ədəd pomidor

150 q pendir

1 x.q ərinmiş kərə yağı

2 x.q bitki yağı

Duz

Hazırlanması:

5 l qaza su töküb qaynadırıq. Su qaynayanda 2 ç.q duz tökürük və makaronu töküb bişiririk. Makaronu suya tökən kimi qarışdırmaq lazımdır ki bir-birinə yapışmasın.

Sobada makaronlu ətli qat-qat
Makaron bişəndə onu süzürük.

Sobada makaronlu ətli qat-qat
Süzülmüş makaronu bitki yağı ilə yağlayırıq.

Sobada makaronlu ətli qat-qat
Tavanı yağlayıb makaronun yarısını tökürük.

Sobada makaronlu ətli qat-qat
Qiyməni makaronun üstünə tökürük.

Sobada makaronlu ətli qat-qat
Qalan makaronu qiymənin üstünə töküb yayırıq.

Sobada makaronlu ətli qat-qat
Ərinmiş kərə yağını makaronun üstünə tökürük.

Süd ilə yumurtabı bir qabda çalırıq.

Sobada makaronlu ətli qat-qat
Çaldığımız qarışığı makaronun üstünə tökürük. Sonra mayonezi makaronun üstünə yayırıq.

Sobada makaronlu ətli qat-qat
Pomidorun qabığını soyub halqa doğrayırıq.

Sobada makaronlu ətli qat-qat
Doğranmış pomidor halqalarını mayonezin üstünə düzürük.

Sobada makaronlu ətli qat-qat
Pendiri sürtgəcdən keçiririk.

Sobada makaronlu ətli qat-qat
Sürtgəcdən keçirilmiş pendiri pomidorun üstünə səpirik.

Sobada makaronlu ətli qat-qat
200-220 dərəcədə qızdırılmış sobada üzü yanları tam qızaranadək bişiririk.

Sobada makaronlu ətli qat-qat
Nuş olsun!

Поделиться с друзьями

На сайте 131 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025