Загадки

Загадки


Головоломки на нашем сайте сгруппированы по следующим буквам

Все головоломки

Ha gedir leylək,
Hu gedir leylək,
İldə bir qarış
Yol gedir leylək.
Haça üstə küp,
Küpün üstə top,
Top üstə meşə,
Meşəni çaqqallar eşə.
Hacılar haca gedər,
Cəhd edər gecə gedər,
Bir yumurta içində,
Qırx, əlli cücə gedər.
Hacılar, hay hacıdı,
Başmağı narıncıdı,
Şü verər yarpaq açmaz,
Görən nə ağacıdı.
Hacıya gedərlər hac eşqinə,
Başmdakı tac eşqinə.
Mənə elə kilim gətir ki,
Nə ərşi olsun, nə arğacı.
Halalar, ay halalar,
Dağda dovşan balalar.
Ayağından su içər,
Dimdiyindən balalar*.
Halalar, ha halalar,
Dağda ceyran balalar.
Quşlardan hansı quşdu,
Yumurtasız balalar.
Halalar, hay halalar,
Dağda kəklik balalar,
Nə kiçiyi böyüyər,
Nə irisi balalar.
Hallanar, hullanar,
Yaşıllanar, sallanar.
Hap-hapı, dəmir qapı,
Şah ölkəsi, xan bağı.
Hap-hapı, kərki sapı,
Beş budağı, bir yarpağı.
Hap-hapı, qızıl qapı,
Şah ölkəsi, xan bağı.
Hapı-hapı,
Zəncir sapı.
Dörd budağı
Bir yarpağı.
Haqdan gəldi bir qonaq,
Ona bişdi qayqanaq.
Qayqanağın duzu yox,
Qonağın da dişi yox.
Haqq bağlar boğazını,
Bəndə açar ağzını.
Hatəm-hatəm hətdədi,
Hatəm koxa kəntdədi.
Dişi qarnı altında,
Dodağı dal qatdadı.
Hay gedər, huy gedər,
Bircə qarış yol gedər.
Haydı-haydı, haraydı,
Gedin, görün nə haydı,
Kötüyə bir od düşüb,
Gedin, görün nə haydı.
Hazar hazara gedər,
Mehdi bazara gedər,
Anası üç yaşında,
Oğlu bazara gedər.
Hazar hazara gedər,
Bu yol bazara gedər,
Atası beşikdədir,
Oğlu bazara gedər.
Hazılıyam, hazılı,
Yanım qara tazılı,
Çıxdım dünya üzünə,
Gördüm qəbrim qazılı.
Heç yerdə tapammadıq.
Şamda üçünü tapdıq.
Hədəndi, ha hədəndi,
Dörd qırağı bədəndi.
Yaşıl vurdum, al çıxdı,
Görəsən bu nədəndi.
Hədəndi, ha hədəndi,
Qara bağrım zədəndi.
Bu kola bir od düşüb,
Görün dərdi nədəndi.
Hədi yavanı, hudu yavanı,
Altı ayağı var, iki dabanı.
Həftədə bir dəfə başın kəsərəm,
Nə qanı çıxmaz, nə canı.
Hələmə küpə, dələmə küpə,
Yüz il qalsa, çürüməz küpə.
Helində, ha helində,
Qanadları belində.
Gecə-gündüz yol gedər,
Yerindədi, yerində.
Həlmə, həlmə həlməsi,
Həlmə xatın düyməsi,
Hər kəs onu tapmasa,
Bir manatdır cərməsi.
Həm misdi, həm gümüşdü,
Ortası döyülmüşdü.
Həmişə gedər, mənzilə çatmaz.
Hənd oldu, ha hənd oldu,
Dəyirmana dən doldu,
Səksən ikicə taxta
Bir mismara bənd oldu.
Həpdi-həpə,
Qızıl küpə.
Dövran ötər,
Çiçək səpər.
Hər qurd ipək sarımaz,
Ayaq tutsa, yeriməz,
Min il min ilə qalsa,
Yaxşı-yaman çürüməz.
Hər tərəfi ağ qaya,
İçində sarı maya.
Hər-hər havası var bunun,
Zərdən çuxası var bunun,
Neşdərlənib dərmə-deşik,
Gözəl səfası var bunun.
Həri-həri həridən,
Hikmət gördüm dəridən,
Ağzı var irəlidən,
Buynuzları geridən.
Həsdədi, ay həsdədi,
Taxtı rəvan üstədi,
Bu yemiş nə yemişdi,
Bir budağın üstədi.
Həsdədi, ha həsdədi
Şəki-Şirvan üstədi,
Qırağı qızıl kərpic,
İçi badam üstədi.
Həsdədi, ha həsdədi,
Əlim kitab üstədi,
Meyvələrdə biri var,
Hamı onun üstədi.
Həşədə, ay həşədə,
Bir quş tutdum meşədə,
Atanın yeddi oğlu,
Hamısı bir peşədə.
Həşədən, ha həşədən,
Gün çıxıbdı meşədən.
Qırx padşahın oğlu,
Hamısı bir peşədən.
Həşədən, ha həşədən,
Bir səs gəlir meşədən.
Atamın beş oğlu var,
Beşi də bir peşədən.
Həşədən, ha həşədən,
Bir səs gəlir meşədən.
Atamın beş oğlu var,
Beşi də bir peşədən.
Həsən bəyim xəstədi,
Zənciri qəfəsdədi,
Nə yerdədi, nə göydə
Çərxi-fələk üstədi.
Həsenağa xəstədi,
Qolları qəfəsdədi,
Nə yerdədi, nə göydə
Çərxi-fələk üstədi.
Həşi dərili,
Huşu dərili,
Yazda əkili,
Payız dərili.
Hət ayaqlı, hüt ayaqlı,
Gümüş qatlı, lüt ayaqlı.
Həvəng-həvəng içində,
Həvəng də zəng içində,
Nə yerdədi, nə göydə,
Əsil firəng içində.
Həvəng-həvəng içində,
Həvəngi zəng içində.
Nə yerdədi, nə göydə
Əsil firəng içində.
Həyətdə dağ,
Pambıqdan ağ,
Evə gələr,
Suya dönər.
Heyva kimi sapsarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.
Heyvandı heç səsi yox,
Üstündə pulları çox.
Hilidim, ha hilidim,
Kəsilər dilim-dilim,
Bir kəndi, qırx kilidim.
Hili-hilicə kəhər at,
Hilisi gözəl kəhər at,
Ayağında qıl sicimi
Düyünü gözəl kəhər at.
Hilim-hilim kəhər at,
Hilim mərcan kəhər at,
Ayağında qıl sicimi,
Səsi gözəl kəhər at.
Hilli-hillicə,
Ağzı qıllıca.
Himdi, himdi, o himdi.
Gözüm gözünə cimdi,
Yerin altında deyin
Gecə xidmətçi kimdi?
Hin hinində.
Şeytan tinində.
Altı ayağı var,
Quyruğu belində.
Hindi hindicə,
Burnu əyricə,
Hara gedirsən,
Bu yarı gecə.
Hini hinicə, burnu əyricə,
Hara gedirsən, bu yarı gecə.
Hini-hinicə,
Burnu əyricə.
Hər nəyə vursan,
Bölər ikicə.
Hürü-hürünü dindirər,
Hürü pərini dindirər.
Bizim evdə üç dilsiz var,
Biri-birini dindirər.
Поделиться с друзьями

На сайте 173 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024