Adi canavargiləsi Haqqinda Melumat - Vikipedia

Adi canavargiləsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Adi canavargiləsi

bitki növü

Adi canavargiləsi (lat. Daphne mezereum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü.

Adi canavargiləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

Rusiyanın meşə zonasında, Avropanın şimalında, Qərbi Sibirdə, Şimali Qafqazda, Zaqafqaziyada və Dağıstanda rast gəlinir.

Botaniki təsviri redaktə

Hündürlüyü 1,5 m, möhkəm gövdə və budaqlı, yarpağı tökülən, az budaqlanan koldur. Yarpaqları növbəli, qısa saplaqlı, tünd yaşıl, alt tərəfi göyümtül, kənarları tükcüklü, uzunsov, uzunluğu 3-8 sm, eni 1-2 sm-dir, əks lansetvari, sadə, kənarları bütöv, zoğların uclarında yerləşmişdir. Tumurcuqları növbəli, çoxsaylı, spiral formasında yerləşmiş pulcuqlu, haşiyəlidir, ucda olanların uzunluğu 5–7 mm-dir, yanda olanlar xırdadır. Çiçəkləri ikicinsli, çox vaxt çəhrayı, bəzən ağ və digər çalarlı, ətirli, balvericidir, əsasən keçən ilki tökülən yarpaqların qoltuqlarında, çılpaq zoğlarda dəstələrlə - iki-beş və ya tək oturur. Çiçək yanlığı sadə, dörd bölümlü, diametri 1-1,5 sm-dir, boruvari bitişmiş, ləçəkvari kasayarpaqlardan əmələ gəlmişdir. Çiçək tacı dörd ləçəklidir. Erkəkcikləri 8 ədəd oturaqdır. Erkən yazda çiçəkləyir (aprel-mayın əvvəlində). Meyvəsi parlaq qırmızı, oval, sulu, şarşəkilli, parlaq toxumları olan çəyirdəkdir. Çəyirdəyi tünd qonur, parlaq, oval, enli, uzunluğu 5–6 mm-dir. İyulun axırlarıavqustun əvvəlləri meyvə verir.

Ekologiyası redaktə

Tünd iynəyarpaqlı və qarışıq meşələrdə, bəzən enliyarpaqlı meşələrdə bitir. Cənub rayonlarda dağların subalp zolağında rast gəlinir. Yüngül işıqlanma şəraitində yaxşı böyüyür və budaqlanır. Mülayim iqlimli zonalardayayılmışdır.

Azərbaycanda yayılması redaktə

Böyük Qafqazın (Quba) şərqində və qərbində, Kiçik Qafqazın şimalında və mərkəzində geniş rast gəlinir.

İstifadəsi redaktə

Bitkinin bütün hissələrində, xüsusilə meyvələrində zəhərli şirə vardır.

Sinonimləri redaktə

Homotipik sinonimləri redaktə

  • Thymelaea mezereum (L.) Scop.

Yarımnövləri redaktə

İstinadlar redaktə

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 356.

Həmçinin bax redaktə


На сайте 160 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024