Hacı Ramil Haqqinda Melumat - Vikipedia

Hacı Ramil Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hacı Ramil

Azərbaycanlı din xadimi, ilahiyyatçı

Ramil Bədəlov və ya bilinən adı ilə Hacı Ramil — Azərbaycanlı din xadimi, ilahiyyatçı[1]-alim.

Hacı Ramil
Doğum tarixi 6 fevral 1985(1985-02-06) (39 yaş)
Doğum yeri
Fəaliyyəti din xadimi[d], müəllim, yazıçı

Həyatı redaktə

Ramil Vidadi oğlu Bədəlov 1985-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olub. Ata tərəfi Bakının Fatmayı, ana tərəfi isə Zığ kəndindəndir. Darul-Hikmət (indiki "Hikmət") Elm və Tədris Mərkəzində "İslamşünaslıq" və "İnsanşünslıq" dərsini tədris edir.[2]

Hacı Ramil İslam dininə, onun tarixinə və fəlsəfəsinə aid bir neçə kitabın müəllifidir.

  • "Quranla yaşamaq"[3]
  • "Özün həqiqəti"[4] ("Истинное «Я»" adı ilə rus dilinə də tərcümə olunub[5])
  • "Duanın sirri"[6]
  • ”Ən gözəl hədiyyə”[7]
  • "Bağışlanma ayı"[8]
  • “Eşq risaləsi”[9]
  • “Uğur yolu”[10]

Hacı Ramil uzun müddətdir ki, dini maarifçiliklə məşğuldur. Onun şəxsi YouTube kanalında dini mövzuda hazırladığı verilişlər yayımlanır.

İlahiyyatçı sosial şəbəkələrdə də geniş auditoriyaya malikdir. Onun Facebookun Azərbaycan seqmentində, Instagramda və YouTube-da ümumilikdə 1 milyona yaxın izləyicisi var.

Din xadimi bir müddət Bakının Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra məscidinin axundu olub. 2017-ci ilin aprelində tutduğu vəzifədən könüllü imtina edib.[11]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Azərbaycanlı ilahiyyatçı Hacı Ramil Bədəlov Gürcüstanda səfərdədir | Şafaqna Azərbaycanca". az.shafaqna.com. İstifadə tarixi: 2024-03-02.
  2. "Hikmət - Müəllimlər - Hacı Ramil Bədəlov". hikmet.az (az.). İstifadə tarixi: 2024-03-02.
  3. Bədəlov, Hacı Ramil. Quranla yaşamaq (az.). Bakı: İrşad. 136 səh. ISBN 9789952525625.
  4. Bədəlov, Hacı Ramil. Özün həqiqəti (az.). Bakı: “İrşad”. 176 səh. ISBN 9789952547238.
  5. Беделов, Хаджи Рамиль. Истинное Я (rus). Баку: “İrşad”. 216 страниц. ISBN 9789952547429.
  6. Bədəlov, Hacı Ramil. Duanın sirri (az.). Bakı: “İrşad”. 152 səh. ISBN 9789952525946.
  7. Bədəlov, Hacı Ramil. Ən gözəl hədiyyə (az.). Bakı: “İrşad”. 2022. 224 səh. ISBN 9789952547573.
  8. Bədəlov, Hacı Ramil. Bağışlanma ayı (az.). Bakı: “İrşad”. ISBN 9789952547306.
  9. Bədəlov, Hacı Ramil. Eşq risaləsi (az.). Bakı: “Xətt” nəşriyyatı. 168 səh. ISBN 9789952848007.
  10. Bədəlov, Hacı Ramil. Uğur yolu (az.). Bakı: “Xətt” nəşriyyatı. 2023. ISBN 9789952848014.
  11. ""Fatimeyi-Zəhra" (s.ə) məscidinə yeni axund təyin olunub, bəzi məsələlərə aydınlıq gətirildi - ƏTRAFLI". ahlibeyt.az (az.). 2024-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-02.

Mənbə redaktə

Xarici keçidlər redaktə


На сайте 142 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024