Qərənfil
Qərənfil (lat. Dianthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Qərənfil | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Qərənfil |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması redaktə
Avropa, Asiya, Afrikada təxminən 300 növü var. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır.
Botaniki təsviri redaktə
Ot və nadir hallarda yarımkollardır. Lansetşəkilli və ya bizvari yarpağı qarşı qarşıya düzülür. Ətirli çiçəkləri tək-tək və ya çiçək qrupunda yerləşir. Rəngarəngliyi ilə seçilir — sarı, qırmızı, ağ, çəhrayı, çəhrayı kantlı və s. olur.
Növləri redaktə
- Amur qərənfili (Dianthus amurensis Jacq.)
- Çin qərənfili (Dianthus chinensis L.)
- Şərq qərənfili (Dianthus orientalis Adam)
- Parlaq qərənfil (Dianthus superbus L.)
Azərbaycanda yayılması redaktə
Azərbaycanda 26 növü mövcuddur. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azərbaycanda matəm gülünə çevrilmişdir (xüsusilə, qırmızı qərənfil). Bakının Binə qəsəbəsində böyük qərənfil sahələri var.
İstinadlar redaktə
- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 191. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 409.