4 növ koronavirus daim aramızdadır - Virusoloq
Tatli.Biz

4 növ koronavirus daim aramızdadır - Virusoloq


Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

4 növ koronavirus daim aramızdadır - Virusoloq

4 növ koronavirus daim aramızdadır - Virusoloq
ABŞ-da çalışan türkiyəli virusoloq Semih Tareen peyvəndlərin çoxyönlü immunitet təmin etdiyini bildirib.
Tatli.Biz xəbər verir ki, həkim koronavirusa qarşı hazırlanmış peyvəndlərin yeni üzə çıxan ştammlara qarşı effektiv olduğunu əlavə edib.
"Təbii infeksiyadan fərqli immunitet meydana gəlir. Virusun bir hissəsində mutasiya olsa və ya bir qismi peyvənddəki antikordan qaçsa da, peyvəndin yaratdığı digər ümumi antikorlardan qaçma ehtimalı çox azdır. Bu səbəbdən bu mutasiyaların peyvəndi təsirsiz hala gətirəcəyinə dair narahatlığımız yoxdur.
COVID-19 insanlarda ilk və yeganə koronavirus deyil. COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ilə birlikdə insanlarda cəmi 7 koronavirus olduğunu bilirik. 4 növ koronavirus daim aramızda mövsümi olaraq seyr edilir. Bu 7 növ virusun hamısı heyvanlardan insanlara keçib. 2012-ci ildə MERS koronavirus epidemiyası yarasalardan dəvələrə, dəvələrdən isə insanlara keçdi.
4 növ koronavirus daim aramızdadır - Virusoloq
Bəzi peyvəndlər infeksiyadan qorumur, ancaq ciddi xəstəliyin qarşısını ala bilir. Peyvənd olunan şəxs virusa yoluxsa da, xəstəliyi ağır keçirmir. Bəzi peyvəndlərsə virusun yoluxmasının qarşısını alır. COVID-19-a qarşı dünyada ümumilikdə 200-ə yaxın peyvənd hazırlanır. Bu virusla bağlı bəxtimiz gətirdi, çünki hər virusa qarşı peyvənd yoxdur. Vaksini olmayan onlarla virus var. Hər bir virusun biologiyası fərqlidir, lakin COVID-19-da həqiqətən şanslıyıq, çünki bir çox peyvənd tədqiqatları uğurla həyata keçirilir.
Mutasiyalar barədə səhv fikirlər var. Hər canlı mutasiyaya məruz qalır və bu, çox normaldır. Viruslar da mutasiyaya uğrayır. Bu günə qədər SARS-CoV-2-də minlərlə mutasiya birləşməsi olub. Məlumatlara əsasən, 30 minə yaxın mutasiya var. İngiltərədəki mutasiyaların birləşməsi bunlardan biridir. Sadəcə bu son mutasiya qrupu statistik baxımdan daha sürətlə baş verdiyi üçün diqqəti cəlb etdi. Virusun yoluxuculuğuna başqa amillər də səbəb ola bilər. İngilis mutasiya qrupu başqa bir ölkədə də meydana gələ bilər, ancaq analizlər aparılmadığı üçün bunu dəqiq bilmirik".
Aytən Məftun

Dostlarınla Paylaş

4 növ koronavirus daim aramızdadır - Virusoloq - Sağlamlıq xəbərləri


4 növ koronavirus daim aramızdadır - Virusoloq, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, 4 növ koronavirus daim aramızdadır - Virusoloq, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 149 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021