Alimdən SOS: "Hər şey dəyişə bilər

Alimdən SOS: "Hər şey dəyişə bilər


Hər qadın gözəl görünməyə layiqdir

Alimdən SOS: "Hər şey dəyişə bilər

Alimdən SOS:
Böyük Britaniyada peyvəndlənmə ilə bağlı hökumətə məsləhətlər verən Peyvənd və İmmunlaşdırma Komitəsinin sədri Endryu Pollard insanlara daim gücləndirici dozaların verilməsinin mümkün olmadığını söyləyib.
Tatli.Biz xarici mətbuata istinadən xəbər verir ki, Oksford Universitetində Peyvənd Qrupunun rəhbəri olan Pollard daha çox risk altındakı insanlara üstünlük verilməli olduğunu deyib.
Ekspertin fikrincə, dünyada hər kəs müntəzəm olaraq COVID-19 peyvəndi olunmalı deyil. Onun sözlərinə görə, Böyük Britaniyada peyvənd kampaniyası çox uğurlu keçib, lakin dünyanın bir çox bölgəsi vaksinlənmədə geridə qalıb.
"Bu, həqiqətən belə davam edə bilməz, maliyyəsi yüksəkdir. Dünyadakı hər kəsi 4-6 aydan bir peyvəndləmək lazım deyil. Afrikada hələ insanlar bir doza belə vurdurmayıb, odur ki, bizim insanlara dördüncü dozanı təklif etməyimiz doğru olmaz", - Endryu Pollard qeyd edib.
Mütəxəssisin sözlərinə görə, dördüncü dozaya ehtiyac olub-olmadığı hələ deyilmir. Pollard yoluxmaların sürətlə artdığı Britaniyada insanların xəstəliyi yüngül keçirdiyini, sadəcə risk qruplarına əlavə dozalar vurulmasına ehtiyac olduğunu deyib:
" "Omikron"dan sonra yeni variantlar olacaq. Onların necə olacağını bilmədiyimiz üçün hər şey dəyişə bilər".
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 178 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024