Avropada yoluxmalar rekord qırır

Avropada yoluxmalar rekord qırır


Hər qadın gözəl görünməyə layiqdir

Avropada yoluxmalar rekord qırır

Avropada yoluxmalar rekord qırır
İnkişaf etmiş ölkələrdə peyvənd nisbətlərinə baxmayaraq, yoluxmalar durmadan artır.
Tatli.Biz xarici mətbuata istinadən xəbər verir ki, "omikron" ştamı vaksinlərin və əvvəlki infeksiyaların yaratdığı immunitetə müqavimət göstərdiyi üçün tez bir zamanda qlobal miqyasda dominant varianta çevrilib. Son 7 günün statistikasına əsasən, "omikron" 1 ay əvvəllə müqayisədə 49% artaraq 841 000 yoluxmaya çatıb.
Bu günə qədər aparılan araşdırmalar "omikron"un digər variantlardan 70 dəfə daha sürətli ötürüldüyünü ortaya çıxarsa da, müəyyən olunub ki, xüsusilə peyvənd edilmiş insanlarda xəstəlik ciddi ağırlaşmalara səbəb olmur. Bununla belə, "omikron"un ötürülmə sürətini nəzərə alaraq, dünya miqyasında xəstəxana imkanlarının azalacağı və bunun tibbi yardıma ehtiyacı olan hər kəsi çətin vəziyyətə sala biləcəyi gözlənilir.
Bir çox ölkələr bayramdan sonra infeksiyanın və xəstəxanaya yerləşdirmələrin arta biləcəyi barədə xəbərdarlıq edib. Qeyd olunur ki, yoluxmaların artması COVID-19-a nəzarət siyasətlərinin yenidən baxışdan keçirilməsini vacib edir.
Avropa ölkələri koronavirusun yeni variantı - "omikron"un təsiri altında yeni dalğalarla üz-üzədir. Fransa epidemiya başlayandan bəri ilk dəfə gündə 100 min yoluxma həddini keçərkən, İtaliyada 3 gün dalbadal rekord səviyyələr müşahidə edilib.

Dostlarınla Paylaş

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024