Bu aylar pandemiya üçün ən pis dövr ola bilər

Bu aylar pandemiya üçün ən pis dövr ola bilər


Hər qadın gözəl görünməyə layiqdir

Bu aylar pandemiya üçün ən pis dövr ola bilər

Bu aylar pandemiya üçün ən pis dövr ola bilər
"Microsoft"un qurucusu Bill Qeyts ABŞ-da izolyasiya rejiminin 2022-ci ilə qədər davam edəcəyini təxmin edir.
Tatli.Biz xəbər verir ki, o, bu barədə "Daily Mail"ə danışıb. Milyarder COVID-19 pandemiyasının nəticələrinin yaratdığı böhranın nə qədər ciddi olacağı sualına cavab verib. İş adamının fikrincə, növbəti dörd-altı ay bütün pandemiya üçün ən pis dövr ola bilər. O, koronavirusla mübarizə üçün görülən sərt tədbirləri, o cümlədən özünütəcrid rejiminin tətbiq olunmasını, kafe və restoranlara qadağa qoyulmasını dəstəkləyib.
"Proqnozlara görə, daha 200 000 nəfər koronavirusdan ölə bilər. Maska taxıb məsafəmizi saxlasaydıq, ölümlərin əksəriyyətindən qaça bilərdik!", - Qeyts deyib.
İş adamı vəziyyətin kütləvi peyvənd başlamasından bir müddət sonra, yəni 2021-ci ilin yayına kimi normallaşacağına inanır. Eyni zamanda, virusa yoluxma riskinin 2022-ci ilə qədər yüksək olacağına əmindir.
Xatırladaq ki, 9 dekabrda Qeyts altı istehsal şirkətinin gələn yaza qədər koronavirus peyvəndini istifadə etməyə hazır ola biləcəyini bildirmişdi. Onun sözlərinə görə, yaxın gələcəkdə "AstraZeneca", "Johnson & Johnson", "Novavax", "Pfizer-BioNTech" və "Moderna" peyvəndləri təsdiq ala bilər.
Peyvənd istehsalçıları olan "Pfizer-BioNTech", "Moderna" və "AstraZeneca" bir neçə həftə əvvəl qeydiyyat prosesinə başlayıb.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 279 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025