Bu, bəşəriyyətin ən böyük elmi nailiyyətidir - Qeyts

Bu, bəşəriyyətin ən böyük elmi nailiyyətidir - Qeyts


Hər qadın gözəl görünməyə layiqdir

Bu, bəşəriyyətin ən böyük elmi nailiyyətidir - Qeyts

Bu, bəşəriyyətin ən böyük elmi nailiyyətidir - Qeyts
"Microsoft" korporasiyasının qurucusu Bill Qeyts peyvəndləri bəşəriyyətin ən böyük elmi nailiyyəti hesab edir.
Tatli.Biz xəbər verir ki, milyarder "Handelsblatt" qəzetinə verdiyi müsahibədə tarixdəki ən vacib yeniliklər haqqında sualı cavablandırarkən insanların bir çox xəstəliklərin öhdəsindən gəlməsinə imkan verən peyvəndlərin əhəmiyyətini qeyd edib. Milyarderin sözlərinə görə, keçən il koronavirusla əlaqəli çətinlikləri nəzərə alsaq, peyvəndlər bütün insanlığın nailiyyəti hesab oluna bilər:
"COVID-19 peyvəndləri bizə bu il pandemiyanı aşacağımıza dair böyük ümidlər verdi. Elm adamları hər hansı bir xəstəliyin qarşısını almaq üçün heç vaxt belə qısa müddətdə təsirli dərmanlar hazırlamayıblar".
Xatırladaq ki, Bill Qeyts koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərin 2022-ci ildən tez başa çatmayacağını bildirmişdi.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 15 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024