Bu sindrom uşaqlarda iltihablanma yaradır - XƏBƏRDARLIQ

Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

Bu sindrom uşaqlarda iltihablanma yaradır - XƏBƏRDARLIQ

Bu sindrom uşaqlarda iltihablanma yaradır - XƏBƏRDARLIQ
Uşaqlarda koronavirus yüngül simptomla gedir, bəzilərində isə ağırlaşmalar görünə bilir. Bəzən valideynlər düşünürlər ki, uşaqlarda bu xəstəlik qızdırma ilə keçib gedəcək. 14 günlük müddətdə koronavirus uşaqlarda yüngül və ağır simptomlarla keçib gedə bilər. Ancaq sağaldıqdan 4-6 həftə sonra görünən və MIS-C deyilən sindrom var ki, multisistem orqanların iltihablanması ilə müşahidə olunur. Daha öncə bunu kavasaki deyilən xəstəliklə qarışdırırdılar. Ancaq dünya üzərində aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, koronavirus keçirən uşaqlarda multiorqan tutulumu müşahidə olunur, istər ürək, istər qan-damar, böyrək, ağciyər, istərsə də beyin qişalarında və digər orqanlarda itihablanma görünür. Bütün bunlar uşaqlarda həyati risklərə səbəb olur.
Tatli.Biz xəbər verir ki, bu barədə pediatr-infeksionist Aytən Ziyadova danışıb. Həkim bildirib ki, bəzi uşaqlarda sadəcə hərarət, burun axması, qripəbənzər əlamətlər özünü göstərir:
"Bu səbəbəbdən də valideynlər fərqində olmurlar. Düşünürlər ki, bu, keçici qripdir. Həm də indi elə bir fəsildir ki, koronavirusla yanaşı digər xəstəliklər də görünə bilər. Bunlar renovirus və allergik xəstəliklərdir. Odur ki, valideynlər daha diqqətli olmalıdır. Uşaqlarda böyüklərdən fərqli olaraq koronavirus konkret kliniki əlamətlərlə getmir. Əgər uşaqlarda uzanan və düşməyən hərarət müşahidə edirlərsə, valideynlər mütləq həkim-pediatr və ya pediatr-infeksionistə müraciət etməlidir ki, uşağın doğru müayinə və müalicəsi aparılsın.
Bu sindrom uşaqlarda iltihablanma yaradır - XƏBƏRDARLIQ
Bəzən valideynlərin panikaya qapılıb həddən artıq dərman istifadəsini də görmüşük. Vitamin və antibiotiklərdən özbaşına istifadə yolverilməzdir. Uşaqlar böyüklərin kiçildilmiş formaları deyil, onlarda tam fərqli bir orqanizmdir, bu orqanizmin individuallığı var. Odur ki, hər bir uşağa fərdi yanaşma tələb olunur. Uşaqlarda dərman istifadəsi xüsusi dozalarda təyin olunur. Vitaminlərin özbaşına istifadəsi isə hipervitaminoza səbəb ola bilər, vitaminin artıq dozası zərərlidir. Hətta D vitamininin də artıq dozası toksiki nəticələrə gətirib çıxarır. Doğru olmayan antibiotik seçimi və dozası bizim işimizi daha da əngələ salır".
Həkim qeyd edib ki, bəzən valideynlər uşaqlarını xəstəxanaya yatırmağa qorxur:
"Xəstəxanaya yatırmasanız da, sahə həkimləri ilə kliniki əlamətləri dəyərləndirmək lazımdır. Elə uşaqlar var ki, onlarda koronavirus səpki, yuxululuq, kəskin sümük ağrıları və yaxud kəskin qarın ağrısı ilə müşahidə olunur. Biz anamnez topladıqdan sonra aydın olur ki, yoluxma var. Əgər həmin uşaqların ətrafında koronavirus keçirən insanlar olubsa, daha detallı incələnib həkim məsləhəti almaları vacibdir. Biz infeksionistlər bu sahədə çox araşdırma aparırıq və ən çox COVID-19 növünə diqqətimizi çəkirik. Digər orqanların da yanaşı izlənməsi vacibdir ki, ağırlaşmalar verməsin".
Mütəxəssisin sözlərinə görə, koronavirusun uşaqlarda artmasının səbəbi böyüklər arasında da geniş yayılmasıdır:
"Böyüklərin də ailələrində uşaqlar var, sinxron olaraq böyüklərdə virus artdığı üçün uşaqlarda da müşahidə olunur. Əvvəllər elə düşünülürdü ki, uşaqlar sadəcə yoluxdurucudur, onlarda ağırlaşmalar müşahidə olunmur. Ancaq tədqiqatlar nəticəsində aydın oldu ki, uşaqlar da eynilə böyüklər kimi xəstələnə bilər. Uşaqlar ona görə şanslıdır ki, onlarda böyüklərdəki kimi xroniki xəstəliklər çox görünmür. Hər halda MIS-C sindromuna diqqət çəkmək mütləqdir. 14 gün ərzində koronavirus xəstəliyini keçirib sağaldıqdan 4-6 həftə sonra belə kliniki əlamətlər müşahidə olunarsa, gecikmədən və təlaşa qapılmadan həkimlə məsləhətləşmələri vacibdir. Bundan başqa, qidalanma və yuxu rejiminə də diqqət etmək lazımdır. Valideynlər düşünürlər ki, vitamin verdikdən sonra uşağın immuniteti 10 günə qalxacaq. Bu, səhv yanaşmadır. İmmunitetin yaxşı formalaşması üçün körpə vaxtından əlavə qidaya keçəndən bəri doğru qidaların seçimi və porsiyaların doğru miqdarda verilməsi, qida rejiminin qorunması vacibdir. Qida ilə yuxu birbaşa əlaqəlidir. Doğru yuxu rejimi olmayan uşaq doğru qidalana bilməz. Protein, yağlar və karbohidratın balanslı şəkildə uşaq orqanizminə verilməsi lazımdır".
Aytən Məftun

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri

Saytda 122 nəfər
Tatli.Biz
MobTop.az
©Tatli.Biz 2010-2021