Bu vaksin 100% effektivlik göstərdi - Pandemiya tarixində İLK

Bu vaksin 100% effektivlik göstərdi - Pandemiya tarixində İLK


Hər qadın gözəl görünməyə layiqdir

Bu vaksin 100% effektivlik göstərdi - Pandemiya tarixində İLK

Bu vaksin 100% effektivlik göstərdi - Pandemiya tarixində İLK
ABŞ-ın "Johnson&Johnson" şirkətinin hazırladığı COVID-19 vaksini ilk mərhələdə 90% effektiv nəticə göstərib.
Tatli.Biz xəbər verir ki, vaksinin tətbiqindən 29 gün sonra iştirakçıların 90%-də virusa qarşı antitellərin yarandığı təsbit olunub.
Tək doza şəklində vurulması planlaşdırılan vaksinin ikinci mərhələ sınağında isə bütün iştirakçılarda virusun hüceyrələri yoluxdurmasını dayandırması gözlənilən neytrallaşdırıcı antitellər aşkarlanıb. Bu antitel səviyyəsi 71 gün özünü qoruyub saxlayıb.
Vaksinin infeksiyalara qarşı müdafiə mexanizmi yaradıb-yaratmayacağı 3-cü mərhələ sınaqlardan sonra bəlli olacaq.
"The New England Journal of Medicine" dərgisində yayımlanan məqaləyə görə, "Johnson&Johnson" vaksini 65 yaşdan yuxarı və 18-55 yaş arasındakı 800 nəfər üzərində sınaqdan keçirilib və effektivliyinə şübhə yoxdur.
Şirkət ABŞ Ərzaq və Dərman İdarəsinə təcili istifadəyə icazə verilməsi üçün müraciət etməyi planlaşdırır.
J&J ilin sonunadək bu vaksindən 1 milyard ədəd istehsal etməyi planlaşdırır.
Qeyd edək ki, COVID-19-a qarşı bu günədək hazırlanan heç bir vaksində 100%-lik nəticə əldə olunduğu rəsmi şəkildə açıqlanmayıb.
Zümrüd

Dostlarınla Paylaş

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024