Hər qadın gözəl görünməyə layiqdir
Bunu etsəniz, ölümlər, xəstəliklər daha az olacaq - Möminlər İttifaqının sədri

COVID-lə mübarizədə yalnız mənəvi deyil, fiziki metodlar da kömək edir.
Tatli.Biz xəbər verir ki, bu barədə Dünya Möminlər Birliyinin rəhbəri Leonid Sevastyanov "RİA Novosti"-yə müsahibəsində deyib. Sevastyanov qeyd edib ki, dua və orucdan əlavə, sağlam həyat tərzi sürmək lazımdır. Düzgün qidalanma hərəkətli olmaq, ekoloji təmiz həyata və təbiətə hörmətli münasibətdir.
"Həyatımızı Tanrıdan bir hədiyyə olaraq alırıq, amma buna hamımız dəyər vermirik və sonunda itiririk. Həyatın davamı da bir mükafatdır və bu da qazanılmalıdır. Həyata dəyər verdiyinizi hər şeydən əvvəl sağlamlığa münasibətinizlə göstərin. Bir şəxs özü həyatına, sağlamlığına və rifahına cavabdeh olmalıdır. Bu vəziyyətdə ölümlər, xəstəliklər daha az olacaq", - Sevastyanov mövqeyini izah edib.
Aytən Məftun