Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ

Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ


Hər qadın gözəl görünməyə layiqdir

Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ

Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ
Dünyada, eləcə də Azərbaycanda cinsi istəyi artıran preparatlara hər zaman tələbat olub. Bu tələbatın fonunda cinsi aktivliyi artıran "Viaqra" kimi preparatların bəzi hallarda ölümə səbəb olduğu barədə müxtəlif xəbərlər dolaşır. Hətta məşhur personaların da bu preparatların qurbanı olduğu iddia olunur. Cinsi aktivliyi artıran preparatlar həqiqətənmi ölümə səbəb olur?"
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nevropatoloq Qalib Əsədov öz "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, 2000-ci illərin ortalarında İngiltərənin "The Mail on Sunday" qəzeti Böyük Britaniya Səhiyyə Nazirliyindəki mənbələrə əsasən, 1998-ci ildən etibarən 102 nəfərin "Viaqra"nın qurbanı olduğunu yazmışdı. Yazıda bildirilirdi ki, "Viaqra"dan ölənlərin böyük əksəriyyəti ürək-damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər olub. Lakin ABŞ-da aparılan araşdırmalar nəticəsində ölüm hallarının birbaşa "Viaqra"nın təsirindən baş verməsi təsdiqini tapmayıb. ABŞ Qida və Dərman Vasitələri Mərkəzi "Viaqra"nın ölümə səbəb olmadığını bəyan edib.
"Azərbaycanda da məhz "Viaqra"dan ölüm halının qeydə alınması ilə bağlı rəsmi məlumata rast gəlinmir. Lakin ölkəmizə səfər edən turistlərin, xüsusən ərəb turistlərin "Viaqra"nın qurbanı olması barədə müxtəlif xəbərlərin dolaşdığı da sirr deyil. Bir çox mütəxəssis hesab edir ki, problemin kökü heç də "Viaqra"da deyil. Gündəlik həyatda idmanla məşğul olmayan, uzun müddət passiv seks həyatı yaşayan kişilərin qəfil "Viaqra" qəbul etməsi məqbul sayılmır. Yəni, bu qəbildən olan şəxslər "Viaqra"nı qəbul edərək, həddən artıq enerji sərf edib ürəyi yükləyirlər ki, bu da öz növbəsində ürək-damar sisteminə mənfi təsir göstərir"- deyə həkim əlavə edib.
Həkimin sözlərinə görə, ürəyində problemi olan şəxslərə bu sayaq preparatları qəbul etmək olmaz. Çünki "Viaqra" ürəkdə qanlanma prosesi yaradır. Bunun üçün də ürəyi xəstə olan kişilərin "Viaqra" qəbul etməsi təhlükəlidir. Nitroqliserinli həblər qəbul edən ürək xəstələrinə isə "Viaqra"dan istifadə qətiyyən məsləhət görülmür. Kişinin səhhəti sekslə məşğul olmağa imkan verirsə, cinsi istəyi artıran preparatlar qəbul edə bilər. Lakin preparatı qəbul etmək istəyən şəxslər mütləq şəkildə qəbul etdiyi dərman vasitələri barədə həkimləri məlumatlandırmalı, məhz həkimin icazəsi əsasında onu qəbul etməlidir.

Dostlarınla Paylaş

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024