COVID-19-a başı qarışan dünya bu xəstəliyi unutdu: Minlərlə insan ölümlə ÜZ-ÜZƏ

COVID-19-a başı qarışan dünya bu xəstəliyi unutdu: Minlərlə insan ölümlə ÜZ-ÜZƏ


Hər qadın gözəl görünməyə layiqdir

COVID-19-a başı qarışan dünya bu xəstəliyi unutdu: Minlərlə insan ölümlə ÜZ-ÜZƏ

COVID-19-a başı qarışan dünya bu xəstəliyi unutdu: Minlərlə insan ölümlə ÜZ-ÜZƏ
Koronavirus pandemiyası ilə mübarizəyə başı qarışan dünya qızılca xəstəliyini unutmuş vəziyyətdədir.
Tatli.Biz xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilib, xəstəlik təhlükəli səviyyəyə çatıb. Üstəlik, vaksinasiya da aşağı səviyyədə aparılır.
ÜST qeyd edir ki, koronavirusa görə dünya miqyasında tətbiq olunan məhdudiyyətlər vaksinasiya proqramına mənfi təsir göstərir və buna görə bu il milyonlarla azyaşlı xəstəlik riski ilə qarşı-qarşıyadır.
Qızılcanın COVID-19, Ebola, tuberoskleroz və ya qripdən daha yoluxucu olduğu vurğulanıb.
Qeyd edək ki, ötən il dünya miqyasında 870 min insan qızılcaya yoluxub, 207 mindən çox ölüm qeydə alınıb.
Zümrüd

Dostlarınla Paylaş

Saytda 191 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025