COVID-19-a qarşı immunitet ömür boyu davam edə bilər? - VİDEO

COVID-19-a qarşı immunitet ömür boyu davam edə bilər? - VİDEO


Hər qadın gözəl görünməyə layiqdir

COVID-19-a qarşı immunitet ömür boyu davam edə bilər? - VİDEO

COVID-19-a qarşı immunitet ömür boyu davam edə bilər? - VİDEO
Video əlavə olunub.

xxx
Koronavirusa qarşı immunitet ömür boyu davam edə bilər.
Tatli.Biz xəbər verir ki, bu barədə Nyu-Yorkdakı Rokfeller Universiteti və Sent-Luisdəki Vaşinqton Universitetinin molekulyar biologiya laboratoriyasının alimləri məlumat yayıb.
Əvvəllər elm adamları COVID-19 antikorlarının sürətlə düşməyə başladığına inanır və 1-2 ildən sonra demək olar ki, insan bədənində qalmadığını düşünürdülər. Tədqiqat zamanı alimlər koronavirusu əsasən yüngül keçirən və sağalan 77 nəfərin məlumatlarını təhlil ediblər. Məlum olub ki, 4 aydan sonra onların antikor səviyyələri aşağı düşür. Bununla birlikdə, patogeni xatırlaya bilən və antikor istehsal edən bütün T hüceyrələri koronavirusa qarşı immuniteti qoruyur. Bu hüceyrələr əvvəlcə hərəkətsiz qalsa da, bir infeksiya ilə qarşılaşan kimi yenidən antikor istehsal etməyə başlayır.
O da maraqlıdır ki, elm adamları bunun yalnız xəstəliyi yüngül keçirənlərə aid olduğunu düşünürlər. Alimlər deyirlər ki, bunlar nəzəri nəticələrdir, onları təsdiqləmək üçün yenidən araşdırma aparmaq lazım olacaq.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 202 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024