Daha bir şirkət uşaqlar üzərində peyvənd sınaqlarına başladı

Daha bir şirkət uşaqlar üzərində peyvənd sınaqlarına başladı


Hər qadın gözəl görünməyə layiqdir

Daha bir şirkət uşaqlar üzərində peyvənd sınaqlarına başladı

Daha bir şirkət uşaqlar üzərində peyvənd sınaqlarına başladı
ABŞ-ın əczaçılıq şirkəti "Johnson and Johnson" (J&J) yeni koronavirus peyvənd tədqiqatlarına 12-17 yaş qrupunu əlavə etdiyini açıqlayıb.
Tatli.Biz xarici mətbuata istinadən xəbər verir ki, şirkət peyvəndləri əvvəlcə 16-17 yaş qrupundan olan könüllülər üzərində sınaqdan keçirəcək, daha sonra araşdırmaya 12 yaşlı uşaqlar cəlb olunacaq.
"Gündəlik həyata qayıtmaq üçün virusun yayılmasının qarşısını almaq vacibdir. COVID-19 yeniyetmələrdə ağırlaşmalara səbəb olur, beynin inkişafına, hətta sosial həyata da dərindən təsir edir. Odur ki, bu mübarizədə hər yaş qrupu üçün vaksin inkişaf etdirilməlidir" , - şirkət açıqlamasında bildirib.
Xatırladaq ki, "Moderna"da bu yaxınlarda 6-11 yaşlı uşaqlar üçün COVID-19 peyvəndlərinin tədqiqatlarına başladığını elan etmişdi. ABŞ Səhiyyə Departamentinin Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu ilə birgə aparılan bir araşdırmasında birinci mərhələ klinik sınaqların başladığı, 2-ci və 3-cü mərhələlərin birləşdiriləcəyi və 6750 uşaq üzərində sınaqların aparılacağı qeyd edilib.
Mart-ın 25-də isə ABŞ əczaçılıq şirkəti "Pfizer", eləcə də Almaniyanın "BioNTech" şirkəti 6 aydan 11 yaşa qədər olan uşaqlarda COVID-19 peyvənd sınaqlarına başladığını bildirmişdi.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024