Dünyanı sarsan epidemiyanın sona çatacağı TARİX BƏLLİ OLDU

Dünyanı sarsan epidemiyanın sona çatacağı TARİX BƏLLİ OLDU


Hər qadın gözəl görünməyə layiqdir

Dünyanı sarsan epidemiyanın sona çatacağı TARİX BƏLLİ OLDU

Dünyanı sarsan epidemiyanın sona çatacağı TARİX BƏLLİ OLDU
Rusiyada əhalinin vaksinasiya səviyyəsi 70-80%-ə çatarsa, ölkədə koronavirusun sirkulyasiyası 2021-ci ilin noyabrına qədər dayana bilər.
Tatli.Biz xəbər verir ki, bu proqnozu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Qintsburq verib. O bildirib ki, noyabr ayına qədər beş-altı milyon doza peyvənd istehsal ediləcəyinə ümid edir. Bu, əhalini 9-12 ay ərzində peyvəndləməyə və peyvənd səviyyəsini 70-80%-ə çatdırmağa imkan verəcək.
"Vaksinasiya patogenin populyasiya səviyyəsində dövriyyəsini dayandırmağa imkan verəcək", - o, mətbuat konfransı zamanı əlavə edib.
Qintsburq həm də peyvəndin qeydiyyatdan sonrakı araşdırmalarının necə davam etdiyindən söz açıb. Dərmanın ilk komponenti (ümumilikdə ikisi) artıq 2000 könüllü tərəfindən qəbul edilib. Onların 14-15%-i qızdırma və baş ağrısı kimi ağırlaşmalara sahibdir, lakin hamısı ilk gün ərzində yox olur. Peyvəndlərin 85 faizinin əks təsiri olmayıb.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025