Əbədi gənclik bağırsaqlarda gizlənir: yaşlanmanın qarşısını alan ferment tapıldı


Sağlamlıq
Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

Əbədi gənclik bağırsaqlarda gizlənir: yaşlanmanın qarşısını alan ferment tapıldı

Əbədi gənclik bağırsaqlarda gizlənir: yaşlanmanın qarşısını alan ferment tapıldı
Alimlər heyvanların bağırsaqlarında qocalmanın və zəifliyin qarşısını ala biləcək unikal ferment tapıb.
Tatli.Biz xəbər verir ki, bu fermentin tədqiqi Massaçusets Tibb Mərkəzində mütəxəssislər tərəfindən aparılır. Ekspertlər iddia edir ki, fermentin öyrənilməsi əbədi gənclik iksirinin tapılmasına və ömrün uzanmasına gətirib çıxara bilər.
Bu gün tibbdə qəbul olunub ki, insanın qocalmasını sürətləndirən iki amil var var: iki növ bağırsaq pozğunluğu. Hər şeydən əvvəl bu, mədə-bağırsaq disfunksiyası və xroniki bağırsaq iltihabıdır. Onlar insanın qocalmasında əsas rol oynayır, lakin bu prosesin dəqiq tənzimlənməsi alimlər üçün sirr olaraq qalır.
Riçard Hodinin başçılıq etdiyi tədqiqat qrupu bu tapmacanın əhəmiyyətli hissəsini aşkar edib. Mütəxəssislər siçanların bağırsaqlarını araşdıranda bağırsaq və sistematik iltihabın qarşısını alan inanılmaz ferment tapıb. Heyvan modellərinə əsaslanaraq ekspertlər mədə-bağırsaq traktından qaraciyərə və sonra bədənin qalan hissəsinə axan venoz sistemi yoxlayıb.
Bu ferment zəifliyin inkişaf etməməsinə və ömrün artmasına kömək edir. Fermentin özəlliyi ondadır ki, bağırsaq bakteriyalarının tərkibini sabit saxlaya və yaşlanmaya aparan iltihablı prosesləri idarə edə bilir. Fermentin çoxdan elmə məlum olmasına baxmayaraq, əvvəllər belə funksiyası öyrənilməyib. O bədənin hər yerinə yayılmır, ancaq bağırsaqlarda olur. İnsanlar üçün bu, toksik deyil və əgər bağırsaqlarda onun tərkibi azdırsa, dərmanlar lazımi səviyyəyə çatdıra bilər.
Beləliklə, fermentin düzgün "dozası" bağırsaqlarda iltihablı proseslərin dayanmasına, o cümlədən piylənmə və şəkərli diabetdən qurtulmağa gətirib çıxaracaq.
Aytən Məftun

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Əbədi gənclik bağırsaqlarda gizlənir: yaşlanmanın qarşısını alan ferment tapıldı - Sağlamlıq xəbərləri


Əbədi gənclik bağırsaqlarda gizlənir: yaşlanmanın qarşısını alan ferment tapıldı, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Əbədi gənclik bağırsaqlarda gizlənir: yaşlanmanın qarşısını alan ferment tapıldı

Saytda 50 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021