Feyxoadan əsl CAN DƏRMANI. Siz də sınayın

Feyxoadan əsl CAN DƏRMANI. Siz də sınayın


Hər qadın gözəl görünməyə layiqdir

Feyxoadan əsl CAN DƏRMANI. Siz də sınayın

Feyxoadan əsl CAN DƏRMANI. Siz də sınayın
Feyxoa olduqca faydalı və müalicəvi meyvədir. Feyxoanın faydaları saymaqla bitmir.
Feyxoa güclü iltihab, mikrob və göbələk əleyhinə xüsusiyyətlərə malikdir.
Tatli.Biz bildirir ki, feyxoa immun sisteminin fəaliyyətinə müsbət təsir edir, soyuqdəymə xəstəliklərin riskini azaldır.
Bu dadlı və ətirli meyvə bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə yardım edir.
Feyxoanın təribində olan flavon maddəsi güclü xərçəng əleyhinə təsirə malikdir.
Bildiyimiz kimi, yodla zəngin olan feyxoa zob xəstəliyinin  ən yaxşı profilaktikası sayılır və bü xəstəliyin müalicəsində kömək edir.
Mütəxəssislər feyxoanı bal və limonla qəbul etməyi tövsiyə edirlər. Sizə tərkibində feyxoa olan əsl can  dərmanının reseptini təqdim edirik
Bizə lazım olacaq:
- 500  qr feyxoa
- 200 qr bal
- 1 iri limon.
Feyxoa yuyulur, qıraqları kəsilir, limonla birlikdə blenderdən keçirilir. Sonra qarışığa bal əlavə olunur, yaxşı qarışdırırlır.
Qarışığı soyuducuda saxlayın və gündə 3 dəfə yeməklər arası 1 desert qaşığı (uşaqlar – 1 çay qaşığı) olmaqla qəbul edin.

Dostlarınla Paylaş

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024