İmmuniteti gücləndirən, ölümcül zəhərlənməyə səbəb olan meyvə

İmmuniteti gücləndirən, ölümcül zəhərlənməyə səbəb olan meyvə


Hər qadın gözəl görünməyə layiqdir

İmmuniteti gücləndirən, ölümcül zəhərlənməyə səbəb olan meyvə

İmmuniteti gücləndirən, ölümcül zəhərlənməyə səbəb olan meyvə
Ərik vitamin tərkibi sayəsində immuniteti gücləndirməyə kömək edir, amma bundan sui-istifadə etmək olmaz.
Tatli.Biz "kp.ru"ya istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə İdarəsinin qidalanma mütəxəssisi Antonina Starodubova məlumat verib:
"Meyvənin parlaq qızıl-narıncı rəngi nəinki göz oxşayır, həm də beta-karotinin, provitamin A-nın yüksək miqdarda olduğunu göstərir. A vitamini orqanizmdə sintez olunmur, ancaq qidadan əldə olunur".
Qidalanma mütəxəssisi qeyd edib ki, beta-karotin immuniteti gücləndirir və yoluxucu xəstəliklərin riskini azaldır, eyni zamanda zərərli ekoloji amillərin təsirini aradan qaldırır. Bundan əlavə, ərikdə insan orqanizmi üçün lazım olan digər vitamin və minerallar da var: C, E, B1, B, kalium, maqnezium, kalsium, fosfor, dəmir, yod.
Həkim qeyd edib ki, gündə 300 qramdan çox ərik yeməməlisiniz, çünki bu, fermentasiya prosesləri, həmçinin allergiyanın inkişafı ilə əlaqədar mədə-bağırsaq traktında problemlərə səbəb ola bilər. O, ölümcül zəhərlənməyə səbəb ola bilən amiqdalin ehtiva edən ərik ləpələrinin istifadəsinə qarşı da xəbərdarlıq edib.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024